"Borçalı”lar "Dəyirmi masa" təşkil edəcək - Gürcüstanlı soydaşlarımızın Azərbaycandakı rolu haqda

img

18-01-2017 [13:57]


"Borçalı” İctimai Birliyi yanvarın 28-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın Milli-mənəvi dəyərlərinin formalaşmasında Gürcüstandan olan soydaşlarımızın rolu” mövzusunda "Dəyirmi masa” keçirəcək. 

Mia.az xəbər verir ki, tədbirin keçirilmə zərurəti ilə bağlı "Yeni Sözçü” qəzetinə açıqlama verən "Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədov bildirib ki, bu tədbiri zəruri edən bir neçə məqam var: 

"Birincisi, bu mövzu Azərbaycan dövlətinin yalnız indiki Azərbaycan Respublikasının ərazisində yaşayanların təsisatı olması kimi yanlış təsəvvürlərə aydınlıq gətirmək üçündür. 

İndiki Gürcüstan ərazisində yaşayan soydaşlarımızın qədim dövr və orta əsrlərdən bu günümüzə kimi Azərbaycan dövlətlərinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasındakı xidmətləri qeyd olunmalıdır. 

Bu, bizim birliyimizin və bütövlüyümüzün əsasıdır. Eyni zamanda bizim tarixi şəxsiyyətlərimizi yad etməklə bağlı borcumuz var.

 Bu tədbir həm də Azərbaycan xalqının şanlı tarixinə öz adlarını qızıl hərflərlə yazmış böyük şəxsiyyətlərin fəaliyyətinin yad edilməsi, onların xatırlanması və təbliğinə xidmət edəcəkdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA