?Qarabağ qaziləri? israilin Türkiyə gəmilərinə hücumu pisləyib

img

02-06-2010 [01:10]


?Qarabağ qaziləri? İctimai Birliyi mayın 30-da Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərin İsrail ordusunun hücumuna məruz qalmasına etiraz edir. Bununla bağlı birliyin bəyanatı yayılıb. Bəyanatda deyilir: ?Mayın 30-da Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan 32 ölkənin dinc vətəndaşları yer alan gəmilərin İsrail ordusunun hücumuna məruz qalması hamı kimi biz Qarabağ qazilərini də hiddətləndirib. Heç bir beynəlxalq normalara, hərbi qaydalara, əxlaqa və insanlığa sığmayan bu olay dövlət səviyyəsində həyata keçirilən terrordur. Dinc insanların, tanınmış insan haqları müdafiəçilərinin, ictimaiyyət və media nümayəndələrinin, uşaqların da yer aldığı humanitar yüklü gəmilərə hücum edib silahsız insanları qətlə yetirməsinin ayrı adı da yoxdur! Əslində İsrail tərəfindən belə bir qanlı olayın həyata keçiriləcəyi gözlənilən idi. Çünki bundan əvvəl də təpədən dırnağa qədər müasir silahlara təchiz edilmiş İsrail ordusu Fələstin torpağına hücum edərək 1500 dinc insanı qətlə yetirmişdir. Uşaqların, qadınların, qocaların da qətlə yetirildiyi bu qanlı terrora qarşı dünya ictimaiyyəti təəssüflər olsun ki, İsrailə qarşı yetərli etiraz bildirməmişdi. Bir neçə dövlətin kağız üzərində qalan bəyanatı və nəticəsi olmayan ?araşdırma? sını saymasaq baş vermiş həmin cinayətin günahkarları cəzalandırılmadı. Təəssüflər olsun ki, BMT İsrailə qarşı dəfələrlə qətnamələr qəbul edib, amma İsrail bu qətnamələrə əməl etməyib. Çünki İsrail onun cinayətkar əməllərinə göz yuman, bəzən açıq-aşkar, bəzən isə dolayısı ilə haqq qazandıran ABŞ-a və digər havadarlarına arxayındır. Əslində İsrailin işğalçılıq və terrorçuluq əməlləri ABŞ-ın Yaxın Şərq siyasətinin tərkib hissəsidir. Bu son qanlı terror olayında da ABŞ ehtiyatla davranması dediklərimizə sübutdur. Məhz belə davranışlar İsrailə öz işğalçılıq niyyətlərini rahat şəkildə həyata keçirməyə imkan verir. Yeri gəlmişkən qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Corc Buşa İraqda jurnalist tərəfindən atılan ayaqqabı bütövlükdə Amerikanın Şərq siyasətinə verilən qiymət və bu siyasəti müəyyənləşdirənlərin sifətinə vurulan sillədir. Təəssüflər olsun ki, ABŞ və İsraili dəstəkləyən dövlətlər jurnalistin verdiyi bu dərsdən ibrət götürmədilər. Biz keçmiş döyüşçülər hesab edirik ki, İsrail terrorçu bir dövlətdir və onlar Fələstin xalqına qarşı soyqırımı həyata keçirir. İsrailin işğalçılıq və terrorçuluq əməllərinin dayandırılması üçün tələb edirik: 1.İsrail dövlətinin işğalçılıq və terrorçuluq siyasəti dünyanın hər bir dövləti tərəfindən sərt qınanılsın 2.BMT və dünyanın aparıcı dövlətləri tərəfindən İsrailə qarşı ciddi iqtisadi sanksiyalar tətbiq edilsin 3.Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə mayın 30-da İsrail tərəfindən törədilən terrora aktında iştirak edən şəxslərin müəyyənləşdirilsin və beynəlxalq məhkəməyə verilərək cəzalandırılsın 4.Dinc və əliyalın Fələstin xalqının işğalçı İsraildən qorunması üçün beynəlxalq silahlı güclərdən istifadə edilsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA