?Miss Azərbaycan - 2010?la bağlı qalmaqal böyüyür

img

01-06-2010 [06:00]


Mayın 23-də Bakıda Heydər Əliyev adına Sarayda ?Nur? Prodakşnın investorluğu ilə keçirilən ?Miss Azərbaycan-2010? müsabiqəsinin qala konserti barədə söhbətlər və onun ətrafında yaranan qalmaqallar davam edir. ?Miss Azərbaycan - 2010? müsabiqəsinin qala konsertindən bir gün əvvəl, yəni mayın 22-də yarışmanın mətbuat katibi KİV nümayəndələrinə zəng vuraraq, tədbirin baş tutmayacağı ilə bağlı məlumat vermişdi. Konsert sonradan alındı, lakin konsertə gələn tamaşaçılar içəri buraxılmadığı üçün bir saata yaxın qapıda gözləməli oldular. Konsertdə çıxışları nəzərdə tutulan xarici qonaqların, həmçinin rəqqasə Nailənin rəqs qrupunun çıxışları da baş tutmadı. ?Miss Azərbaycan ? 2010? müsabiqəsinin təşkilatçısı ? ?Nur? prodakşnın rəhbəri Nuriyə Əhmədova, onun vəkili Əkbər Bağırov və konsertin aparıcısı Firdovsi Atakişiyev dünən mətbuat konfransı keçirtdilər . Mətbuat konfransında müsabiqədə baş verən neqativ məqamlara məsələlərə aydınlıq gətiriblər. ?Miss Azərbaycan ? 2010? müsabiqəsinin investoru Nuriyə Əhmədova mətbuat konfransında bildirdi ki, konsert günü tamaşaçıların Heydər Əliyev Sarayına buraxılmamasının səbəbi sarayın icarə haqqının ödənilməməsi olub. Məsələ ondadır ki, Təşkilatçılıq işləri ilə məşğul olan Günay Səmədova və Nazim Səmədov adlı şəxslərə Nuriyyə Əhmədova tərəfindən iki ay qabaq bütün pullar ödənilib. 2 ay əvvəl Sarayın icarə haqqının Səmədovlara verməsinə baxmayaraq, konsert günü bu obyektə pul ödənilmədiyi məlum olub. İnvestor konsertin təxirə düşməməsi üçün həmin gün əlində olan məbləği Saraya ödəmək məcburiyyətində olub. Əlində olan 9 min manatı Saraya ödəmək məcburiyyətində qalan İnvestor Nuriyyə Əhmədova Həmin gün rəqs qrupunun rəhbəri Nailəyə ödəməli olduğu məbləği Saraya köçürməli olub. Nailə də həmin gün ona qonarar ödənilmədiyi üçün qrupunun səhnəyə çığmağına imtina edib.Nəticədə haqqını ala bilməyən rəqs qrupu səhnəyə çıxmayıb, bu səbəbdən çıxış təxirə düşüb. Konsertdə xarici qonaqlardan Yakuboviçlə də problemlər yaranıb. Tədbirdə deyilib ki, lazım olan məbləğ artıqlaması ilə Səmədovlara ödənilsə də, nə Saraya pul köçürülüb,üstəlik, müqavilədə 30 min manat göstərildiyi halda, nə də digər vəsaitlər lazım olan müəəsələrə və şəxslərə çatdırılmayıb. Sarayın icarəsi üçün 17 min 500 manat ödənilməli imiş, lakin Səmədovlar hələ 2 ay əvvəl N.Əhmədovadan 18 min 700 manat pul alıblar. Səmədovlar isə konsertdən qabaq tədbirin təxirə salınması barədə mətbuata məlumat veriblər. Mətbuat konfransının keçiriləcəyini bildirsələr də, bu tədbir baş tutmayıb. N.Əhmədova mətbuat konfransında dediklərinin təsdiqi olaraq, həmin şəxslərlə telefon danışığının yazısını təqdim etdi. Telefon danışığında investor onlara bütün pulların ödənildiyini bildirib və onlardan bu məsələlərə aydınlıq gətirilməsini tələb edir. Nazim Səmədov da etiraf edir ki, həmin məbləği Nuriyyə Əhmədovadan alıb. Hətta telefon danışığının sonunda Nazim Səmədov pulları necə deyərlər yediklərini də açıq şəkildə etiraf edir. Mətbuat konfransında Nuriyyə Əhmədovanın vəkili də iştirak edirdi. Vəkil onu da qeyd etdi ki, əldə olunan ilkin materiallardan dələduzluq maddəsinin olmasını söyləmək olar. Vəkil bildirdi ki, sübutlar bir daha araşdırılacaq, dələduzluq faktı təsdiqini tapsa Cinayət məcəllləsinin 178-ci maddəsilə cinayət işi açılacaq. Nuriyyə Əhmədova onu da qeyd etdi ki, burada söhbət təkcə mənimsənilən böyük məbləğdən getmir. Eyni zamanda, onun işgüzar imicinə cələl gətirilib. Odur ki, N. Əhmədova bu məsəlini hüquqi müstəvidə həllinə çalışacaq. sözügedən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına çalışacağını deyib. Məlumat üçün onu da qey edək ki, ?Miss Azərbaycan-2011? də məhz ?Nur? prodakşının təşkilatçılığı ilə keçiriləcək. Artıq müsabiqənin keçirilməsi üçün işlərə başlanıb. [b]Tahirə Məmmədqızı[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA