13-01-2017 [12:34]
Prezident İlham Əliyev tərəfindən 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilib. Bəzi Qərb ölkələrində islamafobiya meyllərinin gücləndiyi, müsəlman ölkələrində çaxnaşmaların şiddətləndiyi bir dönəmdə Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi olduqca maraqlı görünür.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov Mia.az-a açıqlamasında deyib ki, Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsinə dünya miqyasında pozitiv yanaşma var:
"Bununla bağlı prezidentin imzaladığı sərəncamda da qeyd olunur ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb.
Hətta dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında ənənələr yaşadılıb. Sovet dönəmində cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. 300-dən çox məscid tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki "İmamzadə” kompleksi əsaslı şəkildə təmir olunub. Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi məhz Bakıda inşa edilib. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvüdür. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi də məhz bu sərəncamın nə qədər yerində imzalandığını göstərir”.
Rufiz Qonaqova görə, 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın bütün dünyada barışdıcı qüvvəyə çevrilməsi baxımından çox əhəmiyyətlidir:
"Azərbaycan dünyada modern müsəlman ölkəsi kimi tanınır. Azərbaycandakı multikulturalizm ənənələri, digər dini konfessiyalara yanaşma tərzi təkcə İslam ölkələrinin deyil, bütün dünyanın diqqətini cəlb edir. İslam həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacibdir. Müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycana dəstək veriblər”.
Rufiz Qonaqov hesab edir ki, Azərbaycanda ötən il "Multikulturalizm İli” elan edilmişdi və bir çox layihələr həyata keçirildi: "Azərbaycan bütün konfessiyaları, dinləri, millətləri qarşılıqlı hörmət əsasında qarşılamaq qabiliyyətini dünyaya nümayiş etdirdi. Düşünürəm ki, "İslam Həmrəyliyi İli”ndə də Azərbaycan qarşıya qoyduğu məqsədlərə tam nail olacaq”.
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq