"Benzinin qiyməti qalxsa..." - Ekspertdən şok xəbərdarlıq

img

12-01-2017 [23:54]


"Benzinin qiymətinin qalxacağı haqqında şaiyələr gəzir, hətta gecələr yatmayan Tarif Şurasının məsələyə münasibəti də yayılıb ki, belə bir məsələ yoxdur".

Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli irəli sürüb. 

O bildirib ki, Premium markalı (Aİ 95) benzinin qiymətini Tarif Şurası müəyyən etmir, bu səbəbdən də bahalaşma mümkündür: 

"Güya, bu da "üzən" rejimdə olmalı, qiymət rəqabətli mühitdə müəyyən olunmalı idi. Sadəcə bu ölkədə əsl rəqabət tək bir yerdə - toyda oynamaqda olur deyə, qiymət heç dəyişmədi, Premiumu tək bir şirkət gətirdi və satdı, indi dollar bahalaşır-bahalaşacaq, Aİ 95 xaricdən valyuta ilə alınır, ona görə də, bu növ benzinin qiyməti qalxması təəccüblü olmayacaq. Sadəcə, bu addım olsa, bu Aİ 92 üçün də (hansı ki, qiyməti dövlət tərəfindən müəyyən olunur) qiymət artımına zəmin yaradacaq. Benzin də qalxsa, kommunal xidmətlərin və dolların da bahalaşdığını nəzərə alsaq, ərzaqdan tutmuş, dərmana qədər hər şeyin qiymətinin daha da artması qaçınılmaz olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA