Hakim komandada olan bəzi məmurlar artıq sırtılıb - Sərt ittiham

img

12-01-2017 [23:43]


"Prezident müşavirədə çox dəyərli və məzmunlu çıxış etdi. O, ölkədəki problemləri açıq-aydın ifadə etdi”.

Mia.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, İlham Əliyevin komandasında olan bəzi məmurlar artıq sırtılıb: 
"Prezident müşavirədə nazirlərə xəbərdarlıq etsə də onlar dövlət başçısının sözlərini ciddiyə almırlar, çünki bunlar artıq sırtılıblar. Yeni yaranan müəsisələrin tikintisinin genişlənməsində birbaşa Abid Şərifov günahkardır. Hamımız gözəl bilirik ki, bu sahə ona tapşırılıb. Şərifov bu sahədə heç bir iş görmür. Səngəçal terminalında partlayış olur Abid Şərifov bu hadisə barədə məlumatsız olduğunu deyir. Nəinki Şərifov, heç onun baş naziri bu gün ölkədə olanlar barədə bir şey bilmir. Bu insanlar dövlətə ögey münasibət göstərirlər. Azərbaycana öz gəlir mənbələri kimi baxırlar.

Bu adamlar sırtılıb, bunlara nə qədər söz demək olar? Prezident qəti addım atmalıdır. Belə davam edəcəyi halda biz ölkə iqtisadiyyatında heç bir irəliləyiş görə bilməyəcik. Prezidentə yanlış məlumatlar verirlər. Ona deyiblər ki, kənd təsərüfatında irəliləyiş var. Amma göründüyü kimi xalq bu irəliləyişi görə bilmir. Prezident gecikir, təcili islahatlara gedilməli, bəzi məmurlar vəzifələrindən çıxarılmalı, bəziləri də həbs olunmalıdır. Yol xəritəsini həyata keçirmək üçün güclü bir komanda olmalıdır. Bu komanda ilə heç nəyə nail olmaq mümkün deyil.”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA