Aydınlar Partiyası beynəlxalq ictimaiyyəti israilə sanksiyalar tətbiq etməyə çağırır

img

01-06-2010 [02:07]


Aydınlar Partiyası İsrailin Türkiyədən Qəzzaya yola çıxan humanitar yük gəmilərinə silahlı basqınla bağlı etiraz bəyanatı verib. Müstəqil İnformasiya Agentliinə daxil oln bəyanatda qeyd olunur ki, Qəzzaya humanitar yardım aparan Türkiyə gəmilləri İsrail silahlı qüvvələrinin hücumuna məruz qalıb. İlkin məlumatlara görə, azı 10 nəfər türk vətəndaşı öldürülüb, 30-dan artıq insan yaralanıb. Aydınlar Pariyası ilk növbədə insan təlafatı ilə bağlı Türkiyə hökumətinə və xalqına, elacə də Türk Dunyasına başsağlığı verir, yaralı türk vətəndaşlarının həyatının xilası üçün zəruri və təcili addımların atılmasına çağırır. Aydınlar Partiyası mülki şəxslərə qarşı bu hərəkətləri pisləyir, baş verənləri İsrail silahlı qüvvələrinin beynəlxalq hüququ pozması və insanlığa qarşı cinayət kimi qiymətləndirir. Aydınlar Partiyası bela hesab edir ki, İsrail bu cinayətə görə beynəlxalq ictimaiyyətə rəsmi izahat verməli, günahkarlar beynəlxalq hüquqa uyğun şəkildə cəzalandırılmalıdır. Aydınlar Partiyası beynəlxalq ictimaiyyəti İsrailin bu hərəkətinə adekvat qiymət verməyə və sanksiyalar tətbiq etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA