AVP israil dövlətinin dinc insanlara qarzı törətdiyi vandalizmi qətiyyətlə pisləyir

img

01-06-2010 [01:23]


?May ayının 31-də İsrail silahlı qüvvələri görünməmiş vəhşilik edərək, ?İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!? adı altında blokadada yaşayan fələstinlilərlə humanitar yardım aparan və içərisində ən müxtəlif ölkələrin tanınmış simaları olan 6 türk gəmisini Aralıq dənizinin neytral sularında atəşə tutmuş, silahsız insanlar qətlə yetirilib?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Ana Vətən Partiyasının bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, terrorun İsrailin dövlət rəsmiləri tərəfindən müdafiə olunması sübut edir ki, dinc insanlara, humanitar yük daşıyan gəmilərə atəş əmrini məhz ən yüksək çinli dövlət məmurları verib. İsrailin bu addımı bəşəri dəyərlərə və humanizmə qəsddir və o, ədalətli, hüquqi qiymətini almalıdır. Ana Vətən Partiyası İsrail dövlətinin dinc insanlara qarşı törətdiyi vandalizmi qətiyyətlə pisləyir və dünya ictimaiyyətini baş vermiş antihumanist hərəkətə qarşı vahid mövqe nümayiş etdirməyə səsləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA