ANS-in əməkdaşları yeni telekanala keçdilər - Təyinatlar

img

10-01-2017 [15:25]


Yayımı dayandırılan ANS TV-nin işsiz qalan jurnalistləri "İnterAz” internet televiziyasına keçib.

Publika.az-ın məlumatına görə, artıq ANS TV-nin keçmiş əməkdaşları - Vüsal Süleyman, Kəmalə Əlisgəndərqızı, Məmmədağa Vəliyev, Azər İsrafilov, Vəfa Təyyarqızı, Sevinc Eminzadə və digərləri "İnterAz” TV-də işə başlayıblar.

Keçmiş ANS-çi Kəmalə Əlisgəndərqızı "İnterAz”ın Xəbərlər bölməsinin rəhbəri təyin edilib, Vüsal Süleyman isə idman bölməsindən siyasət bölməsinə keçirilib.

Eyni zamanda "İnterAz” TV-nin əvvəlki əməkdaşlarının əksəriyyətinə də yeni iş yerləri axtarmaları barədə xəbərdarlıq edilib.

"İnterAz” rəhbərliyi bundan sonra TV-nin "ANS" kimi xəbərə daha çox üstünlük verəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR