Beynəlxalq Bankın sabiq mətbuat katibinə yeni vəzifə verilir? - İddia

img

09-01-2017 [17:31]


"Azər-Türk Bank" ASC-nin mətbuat katibi Nəsimi Cəfərli öz istəyi ilə vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, bu barədə Report-a Bankdan bildirilib.

Məlumata görə, onun yerinə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) keçmiş mətbuat katibi Rauf Ağayevin təyin ediləcəyi gözlənilir.

Xartıqladaq ki, Azərbaycanın tanınmış jurnalistlərindən olan Rauf Ağayev "Bakı-Baku" qəzetində fəaliyyətə başlayıb. Azərbaycanda ilk pulsuz qəzetin və müstəqil jurnalist qurumunun rəhbəri olan R.Ağayev daha sonra "Xalq qəzeti"nin baş redaktorunun müavini, qəzetin "Bazar" və "Cümə" əlavələrinin redaktoru olub.

2001-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankı ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR