DUi-nin parlament seçkilərində iztirak edəcək namizədlərinin sayı 108-ə çatıb

img

31-05-2010 [03:35]


Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. Müstəqil İnformasiya Agentliyi DUİ SŞ 10 may qərarına və DUİ-Müsavat Partiyası məsləhətləşmələrində əldə olunan razılaşmaları, eləcə də 27 may 2010-cu il tarixdə keçirilən "Təbii fəlakət: səbəb, nəticə və təkliflər" mövzusunda Dəyirmi Masada səslənən fikirləri nəzərə alaraq Müsavat Partiyası ilə birlikdə mütəxəssislərin, ictimai və siyasi təşkilatların, ziyalıların iştirakı ilə İctimai Komitə (Böhran Masası) yaradılması barədə qərar qəbul edib və DUİ-yə daxil olan partiyalarla Müsavat Partiyası arasında keçirilən son məsləhətləşmə ətrafında müzakirələr aparıb. Kütləvi aksiyalarla bağlı məsləhətləşmələrdə qərara alınıb ki, Müsavat Partiyası ilə birgə DUİ-yə daxil olan partiyalar 12 iyun 2010-cu il tarixində 21 may tarixində təxirə salınmış aksiyanın tələbləri ilə mitinq keçirilməsi məqsədilə Bakı şəhər icra hakimiyyətinə müraciət edilsin. DUİ SŞ seçkilərə hazırlığın vəziyyəti, seçkiyə qatılma formalarını, DUİ daxilində vahid namizədlərin müəyyənləşdirilməsini dəyərləndirib, İttifaqın daha 4 namizədini təsdiqlədikdən sonra DUİ-nin namizədlərinin sayı 108-ə çatıb. DUİ Sədrlər Şurası təbii fəlakətin nəticəsində evlərini tərk edən Sabirabad rayon sakini Qaraoğlan Rəhimovun dünyasını dəyişməsindən təəsüfləndiyini bildirir, mərumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Toplantıda DUİ-yə daxil olan ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA