İcra başçısından qəfil dəyişiklik - Şöbə müdiri redaktor, şəhər meri isə şöbə müdiri təyin edildi

img

07-01-2017 [21:27]


Lənkəran şəhər İcra Hakimiyyətində dəyişiklik olub.

Mia.az xəbər verir ki, bu barədə "Cənub xəbərlər" qəzetinin baş redaktoru Zahir Əmənov məlumat verib.

Onun sözlərinə görə, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev bu gün vəzifəsindən azad olunub: 

"Uzun müddət Lənkəran İcra Hakimiyyətində müavin, şöbə müdiri işləyən Əlmərdan Əliyev vəzifəsindən azad edilərək, "Lənkəran" qəzetinə baş redaktor təiyin edilib. Onun əvvəlki postuna, yəni İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə isə şəhərin meri Zaur müəllim təyinat alıb. Zaur müəllimin yeri isə hələlik boşdur".

Əlimərdan Əliyev

Xatırladaq ki,  "Lənkəran" qəzeti şəhər icra hakimiyyətinin rəsmi mətbuat orqanıdır. 

Qəzetin əvvəlki baş redaktoru İltifat Əhmədova gəldikdə isə, ona hansısa vəzifə verilib-verilmədiyi haqda xəbər yoxdur.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR