?Juçok? olayı üzündən Məhəmməd Ərsoy ümid Partiyasından istefa verdi

img

31-05-2010 [02:31]


?Son günlər adımın heç də ürəkaçan olmayan hadisədə hallanması və müəyyən dairələrin bundan mənsubu olduğum Ümid Partiyasına qarşı istifadə etməsi məni bir sıra addımları atmağa vadar edib. İlk başdan bildirim ki, nə mənim və nə də mənsubu olduğum Ümid Partiyasının bu hadisələrdə heç bir formada iştirakı yoxdur və mən sadəcə olaraq, kimlərsə tərəfindən məqsədli şəkildə qurulmuş bir ssenarinin əsas hədəfi kimi seçilmişəm?. MİA-nın xəbərinə görə, bu fikirlər Ümid Partiyası Ali Məclisinin Katibi Məhəmməd Ərsoyun müraciətində yer alıb. Ümid funksioneri qeyd edib ki, ?Xural? qəzetinin redaksiyasından aşkarlanan dinləmə qurğusunun məhz mənim tərəfimdən qəzetin baş redaktoruna edilmiş hədiyyənin içindən aşkarlanması sonucda onun hədəfə çevrilməmə nədən olub: ?Mən bunu dəqiq bilmirəm ki, bu qurğu qabaqcadan var idi və yaxud da sonradan qoyulub. Amma onu dəqiq bilirəm ki, istənilən halda hədəf kimi mən seçilmişəm və müəyyən dairələr də məqsədli olaraq yaranmış gərginliyi Ümid Partiyasının üzərinə yönəldirlər. Bu kimi neqativ hadisələrin bundan sonra davam etdirilməsini məqsədli təxribat siyasəti adlandırmaqla yanaşı, bu gündən etibarən Ümid Partiyasında tutduğum vəzifədən və Ümid Partiyasının sıralarından getdiyimi bəyan edirəm. İnanıram ki, bundan sonra baş vermiş iyrənc təxribatdan Ümid Partiyasına qarşı hansısa formada istifadə olunmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA