Parlament seçkiləri 2011-ci ilə qədər təxirə salına bilər

img

31-05-2010 [02:06]


Noyabrın 7-nə təyin olunan parlament seçkiləri bir neçə ay ertələnə bilər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, seçki ölkədə baş verən təbii fəlakət üzündə bir neçə ay sonra keçirilə bilər. Bu barədə MİA-ya məlumat verən tanınmış göşə yazarlarından olan Elnur Astanbəyli deyib ki, son üç gündə elektron ünvanına Hollandiya, Belçika və İngiltərədə yaşayan və orada ictimai fəaliyyətlə məşğul olan soydaşlarımızdan maraqlı məktublar ünvanlanıb: ?Həmin məktublarda Azərbaycan hakimiyyətinin nüfuzlu Avropa qurumları və aparıcı Avropa ölkələrinin rəhbərliyi ilə ölkədə bu ilin oktyabrında keçiriləcək parlament seçkilərinin təxirə salınmasının mümkünlüyü ilə bağlı müzakirələr aparıldığı bildirilir. Məktublarda qeyd olunur ki, hakimiyyət seçkilərin 6 aylıq ertələnməsini, yəni 2011-ci ilin martında keçirilməsini istəyir, bunu isə ölkədə sel fəlakətinin ciddi fəsadlar yaratması, ictimai-siyasi, sosial-iqtisadi həyatı iflic etməsi ilə izah edir. Soydaşlarımız yazır ki, hakimiyyətin bu cür müraciətləri mayın ikinci ongünlüyündən intensivləşib, bundan sonra vəziyyətin yerində öyrənilməsi üçün ölkəyə avropalı ekspertlərin göndərilməsi qərara alınıb. Amma həmin ekspertlərin Azərbaycana gəlişinə iqtidar razı olmayıb. Bu, bəzi mətbuat orqanlarında sel fəlakəti ilə bağlı Avropadan ekspert qrupunun Azərbaycana gəlmək istədiyinə, amma onların ölkəyə buraxılmadığına dair yayılan xəbərlərlə də üst-üstə düşür. Məktub müəlliflərinin Avropadakı ictimai fəallıqları və aparıcı demokratik institutlarla yaxın münasibətlərdə olmaları onların verdiyi məlumatın etibarlılığına şübhə yeri qoymur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA