Azərbaycan pianoçusu isfar Sarabskinin Berlin Konsertahus sarayında möhtəzəm konserti olub

img

31-05-2010 [12:38]


Azərbaycanın Almaniyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış Azərbaycan pianoçusu, Montreo festivalının qalibi İsfar Sarabskinin ölkənin ən tanınmış konsert saraylarından biri ? Berlin Konsertahus sarayında möhtəşəm konserti olub. Hələ konsertədək Berlin Caz Radiosu gənc Azərbaycan pianoçusu haqqında ayrıca xəbər yaymış, onun ifaları səsləndirilib. Pianoçunun ifasında Azərbaycan klassik musiqisi, caz-muğamdan nümunələr, xarici bəstəkarların və onun öz əsərləri sürəkli alqışlarla qarşılanıb. Sarabskini müşayiət edən zərb aləti ifaçısı Vaqif Əliyev və gitaraçı Emil Həsənovun məharətli çıxışları da böyük marağa səbəb olub. Konsertdə Azərbaycanın bu ölkədəki səfiri Pərviz Şahbazov, dövlət katibləri, müxtəlif nazirliklərin rəhbər işçiləri, Bundestaq nümayəndələri, alimlər, Almaniyada akkreditə olunmuş diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər. İ.Sarabski konsertdən sonra sarayın qarşısına toplaşan tamaşaçılara xatirə imzası vermiş, onlarla şəkil çəkdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA