Hüseyn Dərya əsas hədəfini vurdu

img

30-05-2010 [01:19]


Dünən "Yaşıl Teatr"da tanınmış rep ustası Hüseyn Dərya "Əsas hədəf" adlı solo-konserti ilə məlum hadisələrdən sonra səhnəyə qayıdışını qeyd etdi. Təbii ki, bu məsələdə onun "Maşın" realiti-şousundakı maraqlı iştirakı həlledici rol oynadı. Xatırladaq ki, efirdə canlı yayımlanan şouya tamaşaçı qismində qatılan Elşad Xose reklam fasiləsi zamanı həmkarı Hüseynə qarşı etikadan kənar ifadələr işlətməklə layihənin rəhbəri və aparıcısı Murad Dadaşovun qəzəbinə səbəb oldu. O, Elşad Xoseni zaldan kənarlaşdırmaqla kifayətlənməyərək onun Hüseyndən daha zəif olduğunu sübut etməyə də qərar verdi. Beləliklə, mayın 29-na Hüseynin solo-konserti təyin olundu. Bu, ölkə tarixində ən qısa müddətə - bir həftəyə ərsəyə gələn konsert idi. Tarix isə təsadüfi seçilməmişdi. Həmin gün Elşad Xosenin də paytaxt restoranlarının birində konserti olmalıydı. Lakin Hüseyn qısa müddətdə böyük bir konsert salonuna tamaşaçı yığmaqla heç də zəif olmadığını və hələ də çoxsaylı pərəstişkarlarının olduğunu sübuta yetirdi. Konserti "Ceyranım" mahnısı ilə açan Hüseyn Dərya sonra "Şou-biznes", "Hamı danışır", "Xatirələr", "Yoruldum" və digər kompozisiyaları ilə tamaşaçıları sevindirdi. Möhtəşəm işıq və səs effektləri qurulmuş səhnədə repçini dəstəkləyən sənət yoldaşları Röya, gənc repçi Rauf Zəkiyev, Nura və başqaları da çıxış etdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA