Büdcədən hansı TV və qurumlara nə qədər pul ayrılıb? - SİYAHI

img

28-12-2016 [16:18]


2017-ci ilin dövlət büdcəsindən media sahəsinə ayrılacaq vəsaitin detallarına nəzər salıb. 

Azərbaycan Teleradiosu bu baxımdan öndə gəlir: 31 milyon 720 min 320 manat. Radio və televiziya redaksiyalarının saxlanması üçün isə 22 min 937 manat ayrılacaq.

İctimai Teleradioya 11 milyon 546 min 400 manat ayırmaq nəzərdə tutulur.

AZƏRTAC üçün 7 milyon 769 min 897 manat vəsait rəsmiləşib.

Digər qurumlar üzrə xərclər büdcədə belə təsdiqlənib:

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu – 4 milyon 12 min 800 manat

"Azərbaycan” nəşriyyatı – 1 milyon 304 min 160 manat

Milli Televiziya və Radio Şurası – 808 min 962 manat

"Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyi – 521 min 664 manat.

Radio, televiziya və nəşriyyat xərclərinə 2016-cı ilin dövlət büdcəsində 67 milyon 618 min 859 manat nəzərdə tutulmuşdu. 2017-ci ilin büdcəsində radio, televiziya və nəşriyyat xərcləri 57 milyon 81 min 310 manatdır. 2016-cı ilin dövlət büdcəsi ilə müqayisədə 10 milyon 537 min 549 manat azalma var.

Prezident İlham Əliyev 2017-ci ilin dövlət büdcəsini ötən gün imzalayıb. Büdcənin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat təsdiqlənib.

Novator.az

Digər xəbərlər
SON XƏBƏRLƏR