Əli Əliyev növbəti dəfə isa Qəmbərə qarzı hücuma keçib

img

27-05-2010 [05:06]


Vətəndaş və İnkişaf Partiyası (VİP) Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bu il aprelin 16-da təşkil etdiyi konfransın yekunlarına dair hazırladığı kitabda yol verilmiş kobud yanlışlıq səbəbindən ortaya çıxan və hələ də səngiməyən anlaşılmazlıqla bağlı ictimaiyyəti təkrar məlumatlandırmağa ehtiyac duyub. Müstəqil İnformasiya Agentliyinə daxil olan açıqlamada bildirilir ki, VİP sədri Əli Əliyev də həmin konfransda geniş məruzə ilə çıxış edib və ölkədəki ümumi vəziyyətin obyektiv təhlilinin verib. Lakin konfrans təşkilatçılarının tədbirdə səslənmiş məruzələrdən ibarət hazırladıqları kitabda Ə.Əliyevin çıxışının əvəzinə tamam fərqli, VİP sədrinin siyasi dünyagörüşünə uyğun gəlməyən mətn yerləşdirilib. AVCİYA təmsilçilərinin mətbuata verdikləri açıqlamalar da bəzi yanlışlıqlara yol açıb. Belə ki, ictimaiyyətə verilən həmin bilgilərdə AVCİYA əməkdaşlarının elektron ünvanına daxil olan mətnin guya VİP-in rəsmi elektron ünvanından göndərildiyi iddia olunub. VİP olaraq bir daha rəsmən bəyan edirik ki, haqqında bizə məlumat verilmiş elektron ünvan partiyanın rəsmi elektron ünvanı deyil və partiya üzvləri sırasından ehtimal etdiyimiz bir nəfərin şəxsi elektron ünvanıdır. Yeri gəlmişkən, onu da vurğulamaq istərdik ki, VİP, onun sədri ayri-ayrı şəxslərə məxsus yazışmalara görə heç bir məsuliyyət daşımır və daşıya bilməz. AVCİYA-nın nümayəndəsi Məhərrəm Zülfüqarlı tərəfindən VİP sədrinə açıqlanmış məlumatda bir şəxsin bu məsələdə ehtimal olunan iştirakından söhbət gedir. Həmin şəxsin hazırda Azrbaycanda olmaması araşdırmalarımızın sürətinə mənfi təsir göstərir. VİP olaraq biz öz partiya üzvlərimizin bu sayaq təxribatlarda iştirakını mümkün hesab etmirik. Lakin adıçəkilən məsələ Azərbaycan siyasi səhnəsində 5 ilə yaxın müddətdə prinsipial və ardıcıl fəaliyyət göstərən bir partiyanın reputasiya məsələsi olduğundan bizim araşdırmalarımız sona qədər davam etdiriləcək və nəticələr barəsində ictimaiyyətə məlumat veriləcək. Bu, bizim şərəf məsələmizdir. AVCİYA ilə bağlı digər müəmma adıçəkilən təşkilatın bu məsuliyətdən asanlıqla boyun qaçırmağa çalışmasıdır. Tədbirin gedışatında Ə.Əliyevin sərtliyindən yoldaşcasına şikayətlənənlər guya onun adından daxil olmuş mətnin fəqrqinə varmayıblar, bu azmış kimi mətni ingilis dilinə də tərcümə ediblər. Tədbirdə ən sərt tənqidi mövqe ilə çıxış etmiş birisinin adi bir elektron ünvandan guya AVCİYA təmsilçisinin elektron ünvanına daxil olmuş mətnə bu cür etinasızlıq qəribə görünməyə bilməz. İnanmaq çətindir ki, həmin çıxışın dərci tədbir təşkilatçıları tərəfindən belə soyuqqanlılıqla müşayiət edilib. Bütün hallarda onu qeyd etməliyik ki, apardığımız araşdırmanın nəticəsində həmin mətnin AVCİYA nümayəndəsinin elektron ünvanına necə və haradan daxil olduğu, qurumun çap etdirdiyi məlum kitaba necə salındığı kimi məsələlərə tam aydınlıq gətiriləcək. Nə qədər təəccüblü görünsə də, tədbirdən əvvəl sözügedən QHT-ni düşmənə bərabər bir qurum qismində müzakirə edən tərəflər indi həmin təşkilatın az qala siyasi ortağı kimi çıxış edirlər, AVCİYA-nın anlaşılmazlıq səbəbindən yol verdiyi yanlışlıqdan yararlanmağa çalışırlar, təşkilatın yaydığı bəyanatlara istinad edirlər və özlərindən fərqli olaraq son illər ərzində birmənalı və aydın siyasət yürüdən partiyalara qarşı istifadə etməyə çalışırlar. Ona görə də təsadüfi deyil ki, bu yanlışlıq ilk olaraq, Müsavat Partiyasının başqanı İsa Qəmbərin və daha üç partiya sədrinin iştirak etdiyi görüşdə açıqlanıb. Bundan dərhal sonra ?Yeni Müsavat? qəzetinə VİP-ə və onun sədrinə qarşı kampaniyaya başlamaq göstərişi verilib. Adıçəkilən qəzet 20 may 2010-cu il tarixli sayında mövzusu məhkəmə araşdırması olacaq bir mətnlə VİP sədrinə qarşı məqalə dərc edib. Hadisədən xəbər tutan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu tərəfəindən məlumatlandırıldıqdan sonra VİP sədri dərhal bu məsələ ilə bağlı təkzib bəyanatı yayıb. Növbəti gün ADP qərargahında mətbuat konfransı keçırən Ə.Əliyev, AVCİYA-nın tədbirindəki çıxışının videolentini mətbuat nümayəndələrinə təqdim edib. Mətbuat konfransında yayınlanmış məlumatlardan ?soyuq duş? effekti yaşamış müxalifətdaxili intriqaların əsas təşkilatçısı İ.Qəmbər əks-təbliğat maşınının istiqamətini dəyişiməli olub. Belə ki, o, Ə.Əliyevin məlum tədbirdəki çıxışının videolentinin olmadığını ehtimal edərək VİP sədrinin məlum təxribat xarakterli mətnin müəllifi kimi təqdim edilməsinə uğursuz cəhd göstərib. Nə qədər qəribə görünsə də İ.Qəmbərin fantaziyasına həsəd aparmaq lazım gəlir. İndi də həmin şəxs iddia edir ki, o mətn guya VİP sədri tərəfindən hazırlanmış və hansısa virtual intansiyalara göndəırilmək üçün nəzərdə tutulub. Görünür, bu şəxs belə texnologiyalardan əvvəllər də dəfələrlə istifadə edib. Amma siyasi biliklərinə və təcrübəsinə əsaslanaraq, həmin instansiyaların adlarını açıqlaması mənzərəyə aydınlıq gətirərdi və onun nə demək istədiyi anlaşılardı. Havadan götürülən bu ittiham İ.Qəmbərin onsuz da birmənalı olmayan reputasiyasına böyük zərbə vuracaq. İ.Qəmbər tərəfindən sərgilənən bu mövqenin arxasinda növbəti dağıdıcılıq cəhdi dayanır. ?Azadlıq? siyasi blokunun varlığı onu hələ də rahat buraxmır və xislətindən irəli gələn dağıdıcılıq hissi onu bu hərəkətləri etmək məcburiyyətinə gətirir. 1989-90-cı illərdə Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətində intriqa toxumu səpən, 20 Yanvar hadisələrinin qorxusu altlında Şimali Azərbaycan Demokrat Partiyasını (ŞADP) elan edən, 1992-93 cu illərdə demokratik qüvvələrin iqtidarı dönəmində hakimiyyəti daxildən parçalayan, 1998-ci il prezident seçkilərində Əbülfəz Elçibəyin ?Beşlər? formatında vahid namizəd olmasını əngəlləyən, 2000-ci ildə (Ə.Elçibəyin vəfatından az sonra) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) parçalanmasını stimullaşdıran, 2003-cü il prezident seçkilərindən sonra silahdaşları paytaxt meydanlarında qanlarına qəltan edildikləri vaxt evində gizlənərək burnunu bayıra cixarmağa cürət etməyən, 2003-cü il 15 oktyabr gecəsində öz kabinetində polis generallarının təhqirlərini rahat udaraq evinə qaçan, 2005-ci il parlament seçkilərində polis zabitinə uduzaraq gücünün nədən ibarət olduğunu bir daha görən və göstərən, 2005-ci il noyabrın 26-da meydanı arxa çıxışdan qaçaraq tərk edən, bir neçə gündən sonra isə qanunverici hakimiyyətin legitimləşdirilməsində şəxsən iradə ortaya qoyan bu adamın başqalarını psevdomüxalifətçilikdə ittiham etməsi çox ucuz və gülünc siyasi priyomdur. Bu yerdə təbii sual yaranır, saxtalaşdırılmış nəıticələr hesabına formalaşmış qanunverici hakimiyyətin legitimləşdirilməsi prosesində birbaşa iştirak psevdomüxalifətçilikdir, yoxsa professor xanım Lalə Şövkətin mandatdan imtina etmək nümunəsi? Lalə xanımdan nümunə götürərək, kişi kimi mübarizə aparmağı öyrənməkdənsə, həmin şəxs Azərbaycan Liberal Partiyasının liderinə qarşı da rəzil kampaniya aparmaqla məşğuldur. Vaxtilə Demkonqresi dağıdan, ?Azadlıq? seçki blokuna təfriqə salan, ?Qarabağ və Respublika Uğrunda? Hərəkatı çökdürən, indi isə yenidən ?Azadlıq? siyasi blokunu hədəfə götürən İ.Qəmbər bütün ciddi-cəhdlərilə hakimiyyətə psevdoxidmətlərini göstərməkdədir. Potensialı 15 il ərzində bir dissertasiyanın müdafəsi üçün də yetərli olmayan bu şəxs Azərbaycanın müxalifət düşərgəsində ?dəb qanunvericiliyi? iddiasindadır. Son illər ərzində ?müxalifətin müxalifəti? rolunu icra edərək müxalifət daxilində yaradılmış bütün birliklərin dağıdılmasinda əsas personaj və ilhamverici olmuş bu şəxs cəmiyyətin mövcud hakim qüvvəyə qarşı birləşməsinin qarşını almaqla, hakimiyyətə yarınmaq missiyasını ?uğurla? davam etdirməkdədir. Siyasi texnoloqlar belə fəaliyyəti ?torpedo fəaliyyəti? adlandırırlar. Etiraf etmək lazımdir ki, İ.Qəmbər bu illər ərzində həmin işin öhdəsindən ?layiqincə? gəlməyi bacarıb. Lakin onu durdurmağın vaxtı yetişib. Artıq onun özü də siyasi potensialının tükəndiyinin fərqindədir. VİP-ə qarşı uğursuz kampaniyaya başlaması da onun siyasi müvazinətini itirməsindən xəbər verir. Özünə aid siyasi yarlığı başqalarına yapışdırmağa çalışan, onların ?hakimiyyətin ayırdığı? maliyyə hesabına fəaliyyət göstərdiklərini iddia edən İ.Qəmbər bununla vəziyyətini necə qəlizləşdirəcəyini anlamalı idi. Bu gün Azərbaycanın müxalifət düşərgəsindən prezidentliyə iddialılar arasında yalnız İ.Qəmbər hakimiyyət tərəfindən qərargahla təmin olunub. Onun ?psevdomüxalifət? kimi tanıtmağa boşuna cəhd göstərdiyi VİP isə yaradılmasından ötən 4 il ərzində münasib qərargahla təmin olunmaqla bağlı çoxsaylı müraciətlərinə hakimiyyətdən birmənalı ?yox? cavabı alıb. Hətta partiyanın Bakının istənilən ərazisində öz imkanları hesabına qərargah tikməsi üçün 2 sot torpaq sahəsi ayrılmasına dair müraciətinə də müsbət cavab verilməyib. Əgər VİP və ALP, İ.Qəmbərin iddia etdiyi kimi, ?psevdomüxalifət?dirsə o zaman nədən hakimiyyət Müsavatdan fərqli olaraq, bu partiyaların normal fəaliyyətinə hətta minimum şərait yaratmır? İ.Qəmbər bu iddialarını səthi tənqidə belə davam gətirməyən taftalogiya ilə əsaslandlrmaq istəyib. O, bu çərçivədə cəmiyyətə xüsusi ?araşdırmaçılıq? qabiliyyətini sərgiləməkdən də imtina etməyib. Amma onun bu keyfiyyəti belə güclü şəkildə təşəkkül tapıbsa, o zaman İ.Qəmbərə mövzu axtarışında yardımçı ola bilərik: cənab Qəmbər, buyurun, hazırda həbsdə olan keçmiş nazir Fərhad Əliyevin 2005-ci il parlament seçkiləri ərəfəsində Müsavat Partiyaslna 80 min dollar vəsait verməsinə dair iddianı araşdırın və nəticəsini cəmiyyətə açıqlayın. VİP yuxarıda qeyd olunanları ictimaiyyətin diqqətinə çatdırmaqla İ.Qəmbər və onun kimi Azərbaycan siyasətində ?fəaliyyət? göstərənlərə xatırladır və xəbərdar edir ki, partiyamız yarananda özünün strateji məqsədlərini geniş surətdə açıqlayıb. Bu yolda bizə qarşı haqsız mübarizə aparanlar hər zaman öz layiqli cavablarını alacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA