Azərbaycanın siyasi partiyaları Dağlıq Qarabağdakı ?parlament seçkiləri? ilə bağlı birgə bəyanat qəbul edib

img

27-05-2010 [12:12]


Yeni Azərbaycan Partiyasının qərargahında Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri bu ilin may ayının 23-də Dağlıq Qarabağdakı erməni separatçı rejim tərəfindən keçirilən ?parlament seçkiləri?ni müşahidə etmiş ölkələrin müvafiq qurumlarına müraciət qəbul ediblər. Bu barədə YAP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə məlumat verilib. ?Sübut etməyə ehtiyac yoxdur ki, işğal olunmuş bir ərazidə heç kim tərəfindən tanınmayan separatçı qurumun seçki keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə daban-dabana zidd olub, legitim sayıla bilməz.? ? deyə müraciətdə bildirilir. Siyasi partiyaların müraciətində daha sonra bildirilir ki, dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatı tərəfindən tanınmayan sözügedən seperatçı qurumun mövcudluğu Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin birbaşa nəticəsidir. ?Təəssüf hissi ilə qeyd edirik ki, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, Avropa Şurası və ATƏT-in müvafiq qərarlarına, Avropa Parlamentinin, Minsk qrupunun səylərinə baxmayaraq, 20 ildən çoxdur ki, təcavüzkar Ermənistan Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır. Bu səbəbdən Azərbaycanın bir milyondan çox vətəndaşı uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayır və ümumiyyətlə bölgəmiz böyük humanitar fəlakətlə üzləşib. Münaqişənin nizama salınması üçün ATƏT-in Minsk qrupunun səylərinə, həmsədr dövlətlərin nizamasalma təkliflərinə məhəl qoymayan Ermənistanın birbaşa iştirakı ilə Dağlıq Qarabağın separatçı rejimi Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə və sülhə başlıca hədə olaraq ömrünü uzatmaqdadır. Belə bir şəraitdə Dağlıq Qarabağ separatçı rejiminin təşkil etldiyi sözügedən ?seçki kampaniyası? əslində beynəlxalq ictimaiyyətin nəzərində qondarma quruma legitimlik qazandırmaq cəhdindən başqa bir şey deyildir. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı çevrilmiş bu hərəkət hazırda Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqlarına ciddi şəkildə mane olur və heç də xoşməramlı məqsədlərə xidmət göstərmir.? ? müraciətdə belə qeyd olunur. Müraciətdə daha sonra bildirilir: ?Erməni tərəfinin bütün cəhdlərinə baxmayaraq, dünya birliyi ? BMT, ATƏT ? in Minsk qrupunun həmsədrləri, Avropa Şurası, Avropa İttifaqı və bir çox dövlətlər separatçıların Dağlıq Qarabağda keçirdikləri ?qondarma seçkiləri? tanımadıqları barədə bəyanatlar vermişlər. Lakin təəssüflər olsun ki, sizin ölkənizin nümayəndəsi (nümayəndələri) müşahidə missiyası adı ilə ölkəmizə qanunsuz daxil olaraq, Dağlıq Qarabağdakı ?qondarma parlament seçkilərini? ?müşahidə etməklə? əslində separatçıların qeyri ? qanuni əməllərinin iştirakçıları olmuşlar. Nəzərinizə çatdırırıq ki, separatçılıq və təcavüzkarlığın birbaşa dəstəkləməsinə yönəlmiş bu cür hərəkətlər dövlətinizin qondarma ?DQR?də keçirilmiş parlament seçkilərini tanımamaq barədə yaydığı rəsmi mövqeyə və beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olmaqla, bu prosesə qatılmış müşahidə missiyasının nümayəndələrini Azərbaycan cəmiyyəti üçün arzuolunmaz şəxslərə çevirmişdir.? Dağlıq Qarabağdakı erməni separatçı rejim tərəfindən keçirilən ?parlament seçkiləri?ni və eləcə də, bu ?seçkiləri?n bəzi ölkələrin nümayəndələri tərəfindən müşahidə olunmasını kəskin ittiham edən müraciət müəllifləri daha sonra tanınmamış separatçı rejimin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirdiyi qanunsuz seçkilərin həmin ölkənin təmsilçisi tərəfindən ?müşahidə edilməsini? ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna zidd olduğunu, bu səbəbdən ona adekvat qiymət veriləcəyini gözlədiklərini bildirirlər. Müraciəti Yeni Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vətəndaş Birliyi Partiyası, Ədalət Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ümid Partiyası, Böyük Quruluş Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası imzalamışdır. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası bundan əvvəl, may ayının 19-da ATƏT-in Minsk qrupunun həmsədrlərinə Dağlıq Qarabağdakı erməni separatçı rejimi tərəfindən bu ilin may ayının 23-də keçirilən ?parlament seçkiləri? ilə əlaqədar etiraz məktubu göndərmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA