Aslanın himayəsi ilə səhnəyə gənc müğənni çıxdı

img

26-05-2010 [07:01]


Tanınmış müğənni Aslan Hüseynov öz yeni protejesini mediaya təqdim etdi. Fuad Mustafazadə adlı bu gənc şou-aləminə məhz A.Hüseynovun himayəsi ilə çıxmağa qərar verib. Özü də 18 yaşını qeyd etdiyi ad günündə. İfa etdiyi mahnıların müəllifinin özü olduğunu deyən Fuad blyuz uslubuna üstünlük verdiyini də bildirdi. İlk albomu üzərində çalışan müğənni himayədarı Aslan bəyə də bir mahnı hədiyyə etdiyini söylədi. Onu da qeyd edək ki, jurnalistlərin çoxu ekvtravaqat görünüşlü gənc müğənninin ilk baxışdan xanım olduğunu düşündülər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA