islamçı demokratlar gözəllik müsabiqələri təzkil edənlərə etiraz edir

img

26-05-2010 [01:33]


İslamçı demokratlar bu günlərdə ölkəmizdə keçirilən gözəllik müsabiqəsini pisləyir. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı deyib. AİDP sədri bildirib ki, onlar bu tədbirin keçirilməsini xalqımız, ölkəmiz və dövlətimiz ücün faciə hesab edirlər və hakimiyyətdən bu kimi addımların durdurulmasını tələb edirlər: ?Hesab edirik ki, Azərbaycan xalqının son 20 il ərzində başına gələn bəlalar və xaqımızın əziyyətli durumu bizim belə fikirdə olmağımıza haqq qazandırır. Əlbbəttə sözügedən bu müsabiqə bütövlikdə xalqımızı əhatə etmir. Ancaq bu ?hərakat? cəmiyyətimizin ümumi ruhiyəsinə çox ciddi zədələr vurur. Hər bir vətəndaş və ailə bu hadisədən mənəvi xəstəlik tapır. Son dovrlər ölkəmizi faciəvi surətdə bürüyən və az qala adət-ənənə halını alan intiharlar, qətllər, zinakarlıq, oğurluq və sair cinayət tərkibli hadisələr buna əyani sübutdur?. AİDP sədri deyir ki, bir dəstə harınlamış şəxsin ?gözəllik? müsabiqəsi adı altında hansı işləri görmələrindən cəmiyyətin xəbəri yoxdur: ?Xalqımıza yad olan belə şoular, ölkəmizin vətəndaşlarında gələcəyə inamsızlıq və ümüdsizlik yaradır. Bu hadisəni maddi maraqdan doğan addım, həmçinin Qarabağı və milli dəyərləri unutdurmaq, insanları fikir, düşüncə və mübariz əhvali ruhiyədən məhrum etmək planının tərkib hissəsi kimi dəyərlədiririk?. T.Abbaslı sonda cəmiyyətin fəal üzvlərini belə müsabiqələrə etiraz etməyə çağırıb: ?Xalqımın görən gözü və danışan dili olan ziyalıları ?yox? deməyə çağırıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA