Şair Vahid Əziz Brilliant Dadazovanı məhkəməyə verir

img

25-05-2010 [04:11]


Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Vahid Əziz xalq artisti Brilliant Dadaşovanı məhkəməyə verməyə hazırlaşır. Bu barədə Lent.az-a açıqlama verən şair bildirib ki, bu addıma səbəb Brilliant Dadaşovanın Türkiyənin ?Seyhan? musiqi şirkəti tərəfindən buraxılan ?Masal dünyası? adlı albomda sözləri Vahid Əzizə aid olan ?Bayatılar? mahnısının mətnini türkcə oxunmasıdır: ?Sözləri mənə, musiqisi isə Eldar Mansurova aid olan ?Bayatılar? mahnısı Brilliant Dadaşovanını Türkiyədə ?Seyhan? musiqi şirkəti tərəfindən hazırlanan ?Masal dünyası? albomunda yer alıb. Deməli, bu mahnını Birilliant 1988-ci ildən oxuyur. 22 il bilirdi ki, bu mahnının sözləri Vahid Əzizindir, musiqisi Eldar Mansurovun, indi bilmədi? İkinci də ki, bunu türkləşdirmək lazım deyil, əgər türkləşdirmək lazım idisə, deyərdin, mən edərdim, elə deyil? Götürüb ?mənasız? birinə verib mənim sözlərimi, təhrif ediblər, guya türkcə oxuyub. Mən də bu mahnını türkcə yazmışam da! Bu disk məndə var, mahnıya qulaq asdım və çox pis təsir etdi, zəng vurub əlaqə saxladım. Brilliant xanım indi Norveçdədir, gəlsin, aydınlaşdıracağıq?. Şair məsələni hüquqi yolla həll edəcəyini açıqlayıb: ?Beynəlxalq qanun var, Türkiyədəki şirkəti də, onun özünü də məhkəməyə verəcəm. Nə qədər haqqımı yedilər, oğurladılar, heç olmasa sözlərimə sataşmasınlar da! Vaxtilə Sezen Aksu mahnını götürüb dəyişdirdi, etdirdi ?Zalim? adı ilə, getdim məhkəməyə verdim... Yaxşı, azərbaycanlım mənə qarşı bunu edirsə, neyləməliyəm mən? Oxuyursan elə mənim sözlərimlə oxu da! Nə ehtiyac var, dəyişməyə? Qoy Norveçdən gəlsin, oturub soruşacam ki, bunu ona kim təklif edib, bunu niyə edib. Nə Eldar Mansurovundan icazə alıb, nə məndən!?. Albomun çoxdan işıq üzü gördüyünə baxmayaraq Vahid Əziz məsələdən yaxın vaxtlarda xəbər tutduğunu deyib: ?Əvvəldən bilmirdim, təsadüfən eşitmişəm. Oturmuşdum, təsadüfən eşitdim ki, bu mahnı ?Bayatılar?dır. ?Bayatılar? dünyanın bütün ölkələrində oxunur, ruslar, ispanlar da oxuyur. Birdən gördüm Brilliantın səsi ilə bayatılar oxunur, mənim sözlərimin təhrif olunmuş forması ilə ağzına gələni oxuyurlar. Brilliant tərəfdən bunu mənə qarşı hörmətsizlik sayıram. Hər şeydən keçərəm demişəm. Amma yaradıcılığıma, mənim şəxsiyyətimə sataşma. Bu məni küçədə tutub təhqir etməkdən pisdir. Mənim bircə yaradıcılığım var, qalan heç nəyim yoxdur. Nə bağım var, nə mülküm var, nə maşınım. Bircə yaradıcılığım var. 22 ildir ki, ?Bayatılar? bütün dünyada tanınır. Yenidən durub başqa şəkildə niyə təhrif edilsin? Başqası edə bilər, niyə Brilliant bunu edir? Orda başqa bir mahnı da var: ?Mənim yarım Sevdadı, sevdalı gözəl...? Tofiq Quliyevin mahnısıdır, onu niyə yazıblar anonim? Neynələyəcəyik, ermənilərə kömək edirik? Belə şey etmək olmaz! Belə hörmətsizlik etmək olmaz. Mən bunu Brilliantdan gözləmirdim. Azərbaycanın xalq artisti Vahid Əzizə qarşı bu cür hörmətsizlik edirsə, bundan artıq heç nə deyə bilmərəm. Mahnını eşidənə qədər bilmirdim ki, mahnını bu oxuyub və sözlərini dəyişib, anonim yazılmağı cəhənnəmə, sözləri dəyişib! Brilliant niyə sözlərini dəyişib oxuyur? Oxuyursan mənim sözlərimlə oxu da! Bəyəm ?Bayatılar?ın sözləri nədir ki, türkcə o yazıla? Mətbuat konfransı keçirəcəyəm, dinləyərsiniz, bu sözlərin türk dilinə tərcümə etməyin nə mənası var? ?Mənasız? bir adamın yazdığı şeirdi. Kimsə bunu Azərbaycanda yazıb, Brillianta bunu veriblər, o da mənə bir daha sataşmaq üçün bu formada yazıb. Mən də bunu yerdə qoymayacağam. Verəcəm məhkəməyə, məhkəmə həll eləsin!? Mahnının bəstəkarı Eldar Mansurov isə məsələyə tələsik rəy bildirməkdən imtina edib: ?Albomu görməmişəm, buna görə də tələsik fikir bildirmək istəmirəm, qoy hər şey aydınlaşsın sonra fikir deyərəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR