Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının dəqiqləzdirilməsi prosesinə yekun vurur

img

24-05-2010 [03:09]


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yanvar ayından başlanmış ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə yekun vurmaq üzrədir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə dəqiqləşdirilərək fevralın 5-dək dairə seçki komissiyasına verilib. DSK-lar isə martın 5-dək seçki dairələri üzrə seçici siyahılarını dəqiqləşdirərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil veriblər. Seçici siyahılarının dəqiqləşdirilməsində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının köməyindən istifadə olunub. Aprelin 5-dən etibarən isə Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə dəqiqləşdirilir. İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşmaq üzrədır. Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə mayın 26-da MSK tərəfindən yekun vurulacaq. Bundan sonra vahid seçicilər siyahısı rəsmi sənəd statusu alacaq və Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilərək icitmailəşdiriləcək. Mərkəzi Seçki Komissiyasının üzvləri mayın 26-da saat 14.30-da MSK nəzdində ?Seçkilər? İnformasiya Mərkəzinin inzibati binasında vahid seçicilər siyahısının dəqiqləşdirilmiş variantı ilə tanış olacaq, saat 16.00-da isə Komissiyanın bu prosesin yekunlaşmasına həsr olunmuş iclası keçiriləcək. Kütləvi informasiya vasitələrinin nümayəndələri, beynəlxalq qurumların və xarici ölkələrin respublikamızdakı təmsilçiləri də hər iki tədbirə dəvətlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA