Əli Həsənov: "Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" qanuni hesab oluna bilməz"

img

24-05-2010 [12:41]


Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" separatçı rejimin ömrünün uzadılmasına xidmət göstərir. Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov jurnalistlərə bu barədə açıqlamasında bildirib. "Həmin seçkilər ermənilərin qeyri-qanuni fəaliyyətinə qanuni don geyindirilməsinə xidmət göstərir. Necə ki Dağlıq Qarabağda Azərbaycan və Ermənistanın razılığı ilə ümumi bir hüquqi status razılaşdırılmayıb, saziş imzalanmayıb, əhali yerinə qaytarılmayıb, oradakı seçkilər qanuni hesab oluna bilməz", - Həsənov bildirib. Mayın 23-də Dağlıq Qarabağda separatçı rejim qondarma "parlament seçkisi" keçirib. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən, Avropa İttiffaqı bu seçkiləri tanımayacağını bəyan edib. Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, istənilən halda əhalinin yarısı didərgin, qaçqın-köçkün vəziyyətində olduğu bir bölgədə seçki keçirmək mümkün deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA