Tahir Abbaslı iqtidarın ?müxalifəti öz əli ilə vurmaq? üçün planlar hazırladığını deyir

img

24-05-2010 [12:12]


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Fransanın ?Avrasiya-Yeni Üfüqlər? qeyri-hökumət təşkilatı ilə birgə bu ilin aprelin 16-da keçirdiyi ?Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf? adlı beynəlxalq konfransdakı məruzələr əsasında hazırlanmış kitabda Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin adından verilmiş məqalə ajiotaja səbəb olub. Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı bildirib ki, plan iqtidarın mətbəxində hazırlanıb: ?İqtidar müxalifətə qarşı bu tipli ?əməliyyatlar?dan çox istifadə edib. Siyasətdə buna qısaca ?müxalifəti öz əli ilə vurmaq? deyirlər. Folklorumuzda belə olaylar üçün uyğun zərb məsəllər var: ?sapı özümüzdən olan baltalar?, ?qurd ağacı içindən yeyər?. Yaxın tarixədə bir sıra partiyaların parçalanmasını, bir çox siyasətçilərin başqa partiyalara keçməsini və ya siyasətdən getməsini nəzərə alsaq iqtidarın ?əməliyyatları?nın uğurla nəticələndiyini deyə bilərik?. Planın iqtidar mətbəxində hazırlandığını tədbirin təşkilatçısı olan AVCİYA-nın hakimiyyət tərəfindən yaradılan təşkilat olması ilə əlaqələndirən AİDP sədri hesab edir ki, burada iki variant ola bilər: ?Ya məruzə həqiqətən də Əli Əliyevdən xəbərsiz hazırlanıb, ya da bu ?əməliyyat? birbaşa onun iştirakı ilə hazırlanıb. Amma istənilən halda planın iqtidar tərəfindən hazırlandığı bəllidir?. AİDP sədri deyir ki, sel suları bəzi rayonlara ziyan vurduğu kimi, ?məruzə əməliyyatı? da müxalifətə ciddi zərbə vuracaq: ?Hətta bəzi siyasətçiləri silib-süpürəcək?. Əli Əliyevin başına gələn işin elə müxalifət daxilində hazırlanan plan olması ilə bağlı varianta münasibət bildirən T.Abbaslı bu variantı da istisna etmir: ?Mən bu məqamı istisna etmirəm. Əgər bu plan müxalifətin daxilində hazırlanıbsa deməli ortada maddi maraq var. Kimlərsə, konkret olaraq Əli Əliyev bu marağa qurban verilir. Yəni zəiflər vurulur ki, yuxarılardan gələn paraya şərik çıxa bilməsin. Hesab edirəm ki, nəticə etibari ilə plan iqtidara sərf edir. Çünki belə hallar istər-istəməz müxalifətə olan inamı sarsıdır. Üstəlik prosesin parlament seçkisinə az bir müddət qaldığı dövrdə baş verdiyini nəzərə alınmalıdır?. AİDP sədri hesab edir ki, seçkiyə qədər kimi maddi marağı, kimi müxalifət düşərgəsində üzdə qalması xatirinə bu tipli ?əməliyyatlar?dan yararlanmağa çalışacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA