UEFA Avropa Liqasının finalı hansı şəhərdə keçiriləcək? - Açıqlama

img

09-12-2016 [23:57]


UEFA Avropa Liqasının 2017/18 mövsümünün finalı Fransada keçiriləcək. 

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, İcraiyyə Komitəsinin qərarına əsasən ev sahibi Lion olacaq.
 
Avropanın ikinci dərəcəli klub turnirinin həlledici oyunu klubun ev matçlarını keçirdiyi "Stad de Lumer" arenasında keçiriləcək.
 
Qeyd edək ki, hazırda davam edən mövsümün finalı isə İsveçin Stokholm şəhərində oynanılacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA