08-12-2016 [23:52]
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Fioretina" ilə oyundan (1:2) sonra mətbuat konfransı keçirib.
Qol.az-ın məlumatına görə, o, əvvəlcə görüş haqda fikirlərini bildirib.
- Bizim üçün vacib oyun idi. Futbolçuların hər birinə "sağ ol” deyirəm."Məğlub olsaq da, qalib gəlmək üçün çalışdıq. "Fiorentina”ya qarşı oynamaq asan deyildi. Futbolçuları topla çox yaxşı davranırlar. Sadə qollar buraxdıq. Düşünürəm ki, "Fiorentina”ya qarşı layiqli oyun göstərdik. Bəzən biz də rəqibi topsuz qoyurduq və bu onlara çətinlik yaradırdı. Bu cür havada bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdaram. Sona qədər bizlə oldular. "Fiorentina"ya da uğurlar arzu edirəm. Bu komandanın oyununa baxmaq maraqlıdır. Gələcəkdə də bu komandaya azarkeşlik edəcəm.
- Ardıcıl 3-cü dəfədir ki, qrupda çıxış edirik, amma növbəti mərhələyə yüksələ bilmirik. Düşünmürsünüz ki, artıq rəhbərliklə danışıb daha səviyyəli futbolçular transfer etmək lazımdır?
- Ümumi olaraq o səviyyəyə çatmaq üçün ilk olaraq çempionatımızın səviyyəsini qaldırmalıyıq. Bir komanda ilə iş düzəlmir. Bütün komandaların gücü eyni olmalıdır. Bir məqamı qeyd edim. Ümumiyyətlə ölkə olaraq gəncik. Futbolda da beləyik. Amma İtaliya və digər Avropa ölkələrinin 100 illərlə təcrübəsi var. Biz nə qədər yaxşı transfer etsək də, ondan daha yaxşılarını Avropa klubları edir. Belə də oyunçularımdan razı qaldım. Belə oyunların sayı çox olsa, onların həm təcrübəsi, həm də bacarığı çox olacaq. Əlimizdəki oyunçularla keyfiyyətli oyun qurmağa çalışırıq. Görünür hardasa səhv etmişik.
- Bu oyun Rəşad Sadıqov üçün Avropa arenasında son oyun ola bilər?
- Niyə elə düşünürsünüz? Mənə elə gəlmir.
- "Qarabağ"ın Premyer Liqadakı legioner limitinin əziyyətini çəkdiyini demək olar?
- Limitdən şikayətlənməyimiz düzgün olmaz. Çünki irəliləmək üçün şansımız oldu. 3 dəfə qrupda olduq. Birində "İnter"ə, indi də "Fiorentina"ya qarşı oynadıq. Desəm ki, limiti dəyişmək, nəsə etmək lazımdır, mən işimi düzgün görürəm, başqası yox, bu düzgün olmaz. Biz də inkişaf üçün addımlar atılır. Hələ ümumi Azərbaycan futbolu tam formalaşmayıb. İstər-istəməz çatışmazlıqlar var. Bu o demək deyil ki, istək və ya bacarıq yoxdur. Sadəcə bunun üçün illər lazımdır. Sırf limitlə bağlı olduğunu demək olmaz. Məsələn, "Beşiktaş"ın gözəl şansı vardı, amma Çempionlar Liqasında davam edə bilmədi. Desəm ki, limit olmasa Avroliqanın 1/4 finalına qədər gedərdim, yalan olar.
- Bu oyundan sonra futbolçuları ölkə çempionatına kökləmək çətin olmayacaq?
- Hər bir futbolçu üçün üzücüdür. Paltardəyişmə otağında da bunu gördüm. Bu həm fiziki, həm də psixolojidir. Mərhələ keçməsələr də azarkeşləri yaxşı yola salmaq istəyirdik.
- Fasilədə PAOK - "Slovan" oyunun nəticəsi ilə maraqlandınız?
- Bir az təsir etdi. İstər-istəməz təsir edir. Dünən də bu barədə demişdim.
- Hər iki oyunda "Qarabağ"a uduzan PAOK qrupdan çıxdı...
- PAOK yaxşı komandadır. Onlar layiq olduqları üçün çıxdılar.
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur