Borçalı Cəmiyyəti Gürcüstanda kütləvi aksiyalar keçirəcək

img

21-05-2010 [02:03]


Bu gün ?Media? mərkəzində Borçalı Cəmiyyəti Gürcüstanda müxtəlif məzmunlu kütləvi aksiyalar seriyasını davam etdirmək məqsədilə tədbir keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qeyd edib ki, öz fəaliyyət proqramına uyğun olaraq Gürcüstanda müxtəlif məzmunlu kütləvi aksiyalar seriyasını davam etdiririk: ?Əsas hədəf Borçalı Türklərinin Gürcüstan cəmiyyəti ilə qarşılıqlı inteqrasiya prossesini sürətləndirmək , soydaşlarımızın Gürcüstan Dövlətçiliyinə daha sıx bağlanaraq onun ictimai siyasi həyatında aktiv iştirakına, eyni zamanda süni çəkildə yaradılmış problemlərinə yardımçı olmaqdan ibarətdir. 26-may 1918-ci il tarixi Gürcüstan Demokratik Respublikasının yaranma tarixidir?. Z.Məmmədli bildirib ki, ?Boçalı? İctimai Cəmiyyəri Gürcüstanın milli bayramı 26 may istiqlal günü münasibətilə may ayının 26-da Tbilisidə Gürcüstan tarixində ilk dəfə olaraq Borçalı Türklərinin yürüşü təşkil edəcək: ?Bu aksiya ilə bağlı Tbilisi meriyası artıq öz razılığını verib. Aksiyada 3-5 min soydaşlarımız iştirakı nəzərdə tutulub. Yürüş iştirakçıları may ayının 26-da saat 10.00 Tbilisidə ?Meydan? deyilən ərazidə toplaşacaq, saat 11.00-də Leselidze küçəsi ilə hərəkətə başlayacaq. ?Borçalı? cəmiyyəti hesab edir ki, bu aksiya; Borçalı Türklərini Gürcüstanın siyasi elitası ilə daha sıx yaxınlaşdıracaq, qarşılıqlı inteqrasiya prossesini sürətləndirəcək, milli azlıqların mərkəzdənqaçma meylini mərkəzəqaçma ilə əvəzlənəcək, regionda etnik konfliktlərin həll olunmasını asanlaşdıran psixoloji mühit formalaşdıracaq, soydaşlarımızın problemlərinin həll olunmasına Gürcüstan siyasi hakimiyyəti və cəmiyyəti daha həssasbyanaşacaqdır və s. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA