Eurovision-2010 Mahnı Müsabiqəsindəki təmsilçisi Səfurənin mahnısı Bolqarıstanda

img

20-05-2010 [10:45]


Azərbaycanın Bolqarıstandakı səfirliyi və İctimai Teleradonun təşkilatçılığı ilə ölkəmizin Eurovision-2010 Mahnı Müsabiqəsindəki təmsilçisi Safuranın ?Drip Drop? klipi Avropanın daha bir ölkəsində yayımlanmağa başlayıb. Mayın 19-dan etibarən Bolqarıstan televiziyaları klipi nümayiş etdirir. Qeyd edək ki, Bolqarıstan auditoriyası klipi ölkənin ictimai yayımçısı olan Bolqarıstan Milli Televiziyası ilə yanaşı, ?Balkanika TV?, ?Fan Tv? kimi özəl televiziya kanallarında da izləyir. Qarşılıqlı olaraq Bolqarıstanın Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Mironun ?Angel Si Ti? klipi Azərbaycan İctimai Televiziyasında yayımlanır. Xatırladaq ki, bu günədək Safuranın ?Drop Drop? klipi Türkiyə, Gürcüctan, Macarıstan, Finlandiya, Ukrayna və digər Avropa ölkələrində də yayımlanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA