Hökumət qərar verdi: Gələn ilin tətil günləri açıqlandı

img

28-11-2016 [16:52]


Nazirlər Kabineti 2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərar verib.

Mia.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına görə, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 26, 27 iyun Ramazan bayramı, 1, 2 senyabr Qurban bayramıdır.

2016-ci ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar qeyri-iş günüdür. 2017-ci ilin yanvarın 1 və 2-si də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq. 

Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-ü və 4-ü də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab olunur.



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib