Azərbaycan kubokunun final oyununda Röya Respublika stadionunda oxuyacaq

img

19-05-2010 [12:37]


XVIII Azərbaycan kubokunun final oyununda möhtəşəm şou-proqram təşkil olunacaq. Saat 18:45-də başlayacaq konsert proqramında "Dəyirman" və "Host" qrupları, həmçinin müğənni Röya öz mahnıları ilə çıxış edəcək. Peşəkar Futbol Liqasından verilən məlumata görə, XVIII Azərbaycan kubokunun "Bakı" - "Xəzər Lənkəran" final oyunu saat 20:00-da başlayacaq. Oyundan sonra azarkeşlər arasında ?Nissan Sunny? avtomobilinin və digər qiymətli hədiyyələrin oynanıldığı uduşlu lotereya keçiriləcək. Xatırladaq ki, kubokun final qarşılaşması mayın 23-də keçiriləcək. Biletləri oyunun keciriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA