25-11-2016 [01:04]
"Oyun haqda çox şey danışmaq olar. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar”.
Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Liqasının V turunda "Slovan”a Çexiyada böyük hesabla (0:3) məğlub olan Ağdam təmsilçisi növbəti mərhələ şansını təhlükəyə atıb.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun oyunu belə şərh edib: "Demək olar ki, heç nə alınmadı. İlk hissədə bir neçə qol vəziyyətimiz oldu, istifadə etməli idik. İkinci hissədə tam fərqli oyun oldu. Oyuna yenidən baxıb təhlil edəcəyik. Bütün diqqətimizi son görüşə yönəldəcəyik”.
- Düşünmürsüz ki, hesab 0:1 olarkən Muaremin qaçırdığı epizod həlledici oldu?
- Ola bilərdi. Matçdan əvvəl tamam fərqli, indi fərqli düşünürük. Belə şeylərə hazır olmalıyıq. Amma futbolçular diqqətli olmalıdılar. Futbolda bəzən sən qol vurmursan, sənə vururlar. PAOK-un "Fiorentina”nı məğlub etməsi hələ hər şey deyil. İkinci ildi ki, şans son tura qalır. Hər oyun, hər məğlubiyyət bizim üçün təcrübədir. Avropada elə bir komanda yoxdu ki, 2-3 oyun uduzub, belə çıxış edirlər. "Slovan” öz çempionatında böyük hesabla məğlub olsa da, bu gün tam fərqli çıxış etdi.
- Bu gün nədə uduzdunuz?
- Biz komandayıq, kollektivik. Burda bunu açıqlamayacam. Bu kəlama önəm vermirəm. Hər birimizin öz missiyamız var. Məğlub olmuşuqsa, deməli, hamımız buna layiq idik.
- Rəqibin qələbəsinin səbəbi nə idi?
- Rəqib eyni futbolu oynadı. Çalışıram meydança amilini göstərməyim. Bu gün rəqibin pressinqindən çətin çıxdıq. Oyun ərzində 20 dəfə uzun top oynadılar, 18-də qalib gəldilər. Əsas bunda uduzduq. Koliniçenka yəqin ki, ən yaxşı oyununu keçirdi. Futbolçularımı qınamaq istəmirəm. Topla davranmaq ağır idi, tez-tez sürüşürdülər. Halbuki buna hazırlaşmışdıq. Uzun top zamanı topun ətrafına iki nəfər getməlidi ki, top bizdə qalsın. Amma rəqib bunun üzərində ilboyu işləyir.
- Migel Madera oyunboyu aqressiv idi. Bu nədən qaynaqlanırdı?
- İlk dəqiqələrdən mübarizə getdi. Bəzən oyunçuya həddən artıq yaxın oynayanda, o istər-istəməz əsəbləşir. Migel uduzmağı xoşlamayan futbolçudu. Bəzən bizim görmədiyimiz epizodlar olur. Bu halları normal qarşılamaq lazımdı. Onun meydanda olması bizim üçün vacib idi. Boyuna görə. Amma sarı vərəqə alaraq, cəzalı duruma düşdü.
- Yenə həlledici oyun İtaliya təmsilçisi ilə olacaq...
- Bizim üçün fərqi yoxdu. Amma belə matçlarda bu cür rəqiblər daha çox soyuqqanlı, hazırlıqlı olurlar. Futbolçuların hamısı məsələni burda həll etməyi düşünürdü. Amma belə görüşlərdə həddən artıq soyuqqanlı oynamaq lazımdı.
- Dino Ndlovunu meydanın ən yaxşısı saymaq olarmı?
- Kimisə fərqləndirmək istəmirəm. Yarımmüdafiəçilər də çox qaçdılar.
- PAOK-un "Fiorentina”ya qalib gəlməsini gözləyirdinizmi?
- Açığı, gözləyirdim. Çünki PAOK "Fiorentina” üçün çətin rəqibdi. İlk oyunda bunu göstərmişdi. Yunanları hər iki matçda məğlub etsək də, öz oyun üslubları var. Azarkeş kimi, belə şeyləri gözləməliyik, hazır olmalıyıq. Tələsməməliyik. Hamı qələbə istəyir. Amma bəzən tələskənlik diqqətsizliyə gətirib çıxarır. "Rostov”un da "Bavariya”nı məğlub edəcəyini heç kim gözləmirdi. Amma Avropada futbol fərqlidi.
- Hər şey yenə öz əlinizdə olacaq. Bu, müsbət, yoxsa mənfi haldı?
- Biz rəqibi təhlil edib, komandanı hazırlayırıq. Bizdən asılı olmayan şeylər var. Deməməliyik ki, öz əlimizdədi. Çünki "Fiorentina” bizdən qat-qat güclü komandadı. Futbolda gözlənilməz nəticələr olur. Məncə, gözləmək lazımdı. Bəlkə Bakıda daha maraqı olacaq.
Qol.az
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur