"Azadlıq" qəzeti borcu ödəməsə..." - Direktor müavinindən xəbərdarlıq

img

24-11-2016 [13:01]


Azərbaycan Nəşriyyatının direktor müavini Bəsti İsmayılova qısa müsahibə verib. O, müsahibəsində"Azadlıq” qəzetinin borc məsələsinə də toxunub.

-Bəsti xanım, əvvəlki illərə nisbətən qəzetlərin borclanması məsələsi xeyli azalıb. Hazırda nəşriyyata ən çox borclu olan qəzetlər hansılardır?

-"Azadlıq” qəzetinin 2016-cı il iyunun 1-nə qədər Nəşriyyata olan borcu qalmaqdadır.

-Bəs indiyənədək ödəniş olunmayıb?

-Xeyr. Heç bir ödəniş olunmur. "Azadlıq” qəzeti çap və kommunal xərclərinə görə borcu hələ də ödəmir. Baxmayaraq ki, Nəşriyyatın rəhbərliyi borcun ödənilməsi üçün redaksiyaya dəfələrlə xəbərdarlıq edib.
Hələlik qəzetin çapı dayandırılıb. Bəlkə qəzet bərpa olduqdan sonara borcunu ödəyər. Hələlik gözləyirik. Ona görə məhkəməyə verməmişik.

-Əgər ödəniş olmasa, hansısa tədbir görmək fikriniz varmı?

-Hələlik gözləyirik. Ödəniş olmassa yəqin ki, "Azadlıq" qəzetini məhkəməyə verəcəyik.

-Manatın dollar qarşısında ucuzlaşması fonunda gələcəkdə qəzetlərin çapında bahalaşma gözlənilirmi?

-Bu, bizdən aslı olmayan məsələdir. Poliqrafiya materiallarının qiymətində bahalaşama var. Hazırda qəzetlərin çapının qiymətini bahalaşdırmağı nəzərdə tutmuruq.

-Reket qəzetlərin Nəşriyyatdan çıxarılması məsələsi nə yerədir?

-Azərbaycan Nəşriyyatının binasında reket qəzetlər yoxdur. Bu cür qəzetlər binadan çıxarılıb.
Unikal.org

Digər xəbərlər
SON XƏBƏRLƏR