Mədəniyyətdən yazan jurnalistlər üçün müsabiqə elan olunub

img

15-05-2010 [01:30]


Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ?Mədəniyyət? qəzeti respublikanın kütləvi informasiya vasitələrində mədəniyyət mövzusunun geniş və yüksək peşəkarlıqla işıqlandırılmasına, mədəni sərvətlərin, yaradıcı insanların həyatının və yaradıcılıq prosesinin yeni forma və üslublarla əks etdirilməsinə nail olmaq, ölkə jurnalistlərinin bu işə daha məqsədyönlü cəlb olunmasını təşviq etmək məqsədilə "Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi" müsabiqəsi elan edib. Nazirlikdən bildirilib ki, müsabiqəyə təqdim edilən materiallar aşağıdakı tələblərə cavab verməlidir: - Mədəni-mənəvi ideya təyinatına uyğunluq, obyektivlik, peşəkarlıq, dilin səlisliyi, aktuallıq, mövzu şərhinə yaradıcı yanaşma; - Azərbaycan dövlətinin mədəniyyət siyasətinin normativ tələblərinə uyğunluq; - Qaliblər tanınmış yazıçı və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək; - Müsabiqənin yekunları 2010-cu il iyul ayının 20-dək elan ediləcək. Müsabiqənin mükafatları Birinci yer - Mədəniyyət mövzusunda ən yaxşı qəzet və jurnal yazısı üçün 1-ci dərəcəli diplom və 400 manat pul; Mədəniyyət mövzusunda ən yaxşı teleradio verilişi 1-ci dərəcəli diplom və 400 manat pul. İkinci yer - Qəzet və jurnal yazısı üçün 2-ci dərəcəli diplom və 300 manat pul; Teleradio verilişi üçün 2-ci dərəcəli diplom və 300 manat pul Üçüncü yer - Qəzet və jurnal yazısı üçün 3-cü dərəcəli diplom və 200 manat pul; Teleradio verilişi üçün 3-cü dərəcəli diplom və 200 manat pul. Hər biri 100 manat olmaqla 2 həvəsləndirici mükafat. Materialların 2010-cu ilin may ayının 15-dən 2010-cu ilin iyul ayının 1-nə qədər mətbuatda dərc olunması və yaxud efirdə verilməsi zəruridir. Dərc edilən materiallarda ?Mədəniyyət? qəzetinin keçirdiyi "Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi" müsabiqəsi üçün? qeydi olmalıdır. Müsabiqəyə təqdim edilən müəllif materiallar (məqalələr, televiziya və radio verilişləri) 2010-cu il iyul ayının 1-dək qəbul olunur. (Ünvan: Moskva prospekti 1, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası, Dövlət Film Fondu, 5-ci mərtəbə, "Mədəniyyət" qəzeti redaksiyası).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA