Aparıcı Mikayıl işdən çıxarılıb

img

14-11-2016 [12:53]


Aparıcı Mikayıl Güləddinoğlu "Space TV”dən işdən çıxarılıb.

Mia.az bildirir ki, "ölkə.az”ın əldə etdiyi məlumata görə, aparıcı bundan sonra "Dünya TV”də çalışacaq. Güləddinoğlunun hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.

Əməkdaşımız məsələylə bağlı aparıcının özüylə əlaqə saxlayıb. O, xəbəri təsdiqləməsə də, getməyini də istisna etməyib: "Hazırda sevimli mahnı” verilişini aparıram. Bu yaxınlarda həmin televiziyada qonaq olmuşam. Bəlkə də bu söz-söhbətlər oradan qaynaqlanır. Bu gün də efirim var. Amma təbii ki, nə zamansa iş yerimi dəyişməyim mümkündür”.

Qeyd edək ki, aparıcı, bu telekanalda daha çox "Sevimli şou”nun aparıcısı kimi tanınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR