Jurnalistlər üçün yeni müsabiqə - Şərtlər + Mükafatlar

img

09-11-2016 [15:24]


"Universitet Təhsilli Qadınlar" Cəmiyyəti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyil ilə həyata keçirdiyi  "Hərbi-vətənpərvərlik tərbiyəsində Multimediyanın rolunun artırılması” layihəsi çərçivəsində jurnalistlər arasında  "GƏNCLƏRIN HƏRBI-VƏTƏNPƏRVƏRLIK TƏRBIYƏSI” mövzusunda müsabiqə elan edib.

Mia.az-a verilən məlumata görə, müsabiqənin məqsədi jurnalistləri motivasiya etməklə mətbuatda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı yazıları təşviq etməkdir.

Müsabiqənin mövzuları bunlardır: 

1. Azərbaycan Silahlı Qüvvələri müasir dövrdə 

2. Gənclər hərb elmini seçir 

3. Vətən sənə canım fəda

Qaliblər üçün mükafatlar da müəyyən edilmişdir: 1-ci yer - 200 AZN, 2-ci yer - 150 AZN, 3-cü yer - 100 AZN. 

Son tarix: 25.11.2016

Məqalələr 1 ay müddətində elektron və yazılı mətbuatda dərc olunmalıdır. Yazılı mətbuatda dərc olunmuş məqalələr skan edilərək, elektron mətbuatda dərc olunmuş məqalələrin isə linkləri aşağıdakı e-mail ünvanına göndərilməlidir - [email protected]


Digər xəbərlər
SON XƏBƏRLƏR