Redaktora "ARB24" telekanalında vəzifə verildi - Açıqlama

img

07-11-2016 [16:47]


Tanınmış telerepartyor və redaktor Vüqar Əliyevin yeni iş yeri bəlli olub. O, televiziya fəaliyyətini "ARB24"-də davam etdirəcək. 

Bu barədə Mia.az-a Vüqar Əliyevin özü acıqlama verib. 

Bildirib ki, işlə bağlı ona kifayət qədər təklif gəlib, lakin o, ARB24-ü seçib:  

"Burada işçilər üçün yaradılan şərait və iş prinsipi mənim ruhuma uyğundur. Hər 30 dəqiqədən bir xəbər buraxılışı təqdim etmək çətin həmçinin məsuliyyətli bir işdir. Şadam ki, mən də ARB ailəsinin bir üzü olaraq xəbər kanalında çalışacam və onun uğurları üçün əlimdən gələni edəcəm". 

Qeyd edək ki, Vüqar Əliyev 1999-cu ildən mətbuatda fəaliyyətdə göstərir. 2001 ci ilə qədər 525-ci qəzet çalışıb. Həmin tarixdən etibarən ATV, ANS kanallarında repartyor və redaktor vəzifəsində çalışıb. Sonuncu dəfə SPACE TV-də bölgələr üzrə redaktor vəzifəsində işləyib. Noyabr ayından etibarən "ARB24" kanalının uğurları üçün çalışacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR