22-10-2016 [16:24]
Müasir Müsavat Partiyasının (MMP) sədri maliyyə-bank sektorunda baş verənlərlə bağlı Mia.az-a müsahibə verib.
- Ölkənin maliyyə-bank sektoruna rəhbərlik edən şəxslər yalnız öz maraqlarını güdürlər. Son dövrlər ölkədə dolların məzənnəsi ilə o qədər oynadılar ki, milli valyutamızı tamamilə nüfuzdan saldılar. Bu prosesdə Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bank rəhbəri Elman Rüstəmov və yeni yaradılan Maliyyə Nəzarət Palatasının sədri Rüfət Aslanlı öz oyunlarını qurublar. Əllərində olan manatı baha qiymətə dolları olanlara satırlar, sonra məzənnəni qaldırıb, ölmüş pul kimi geri alırlar. Bu yolla camaatı daha da müflisləşdirirlər. Bircə maraqları var, o da camaatın evindəki son qəpiyi də öz ciblərinə doldurmaq. Elə bu səbəbdən də ölkənin maliyyə-bank sektoru çökməkdədir.
- Sizcə, bu sahəyə cavabdeh olan şəxslər nəyə görə məsuliyyət daşıdıqları sektoru bu vəziyyətə salırlar?
- Səbəb bəllidir. Bu adamların hərəsi bir dövlətin agentura şəbəkəsi ilə əlaqəlidir. Həmin xarici qüvvələr Azərbaycanda vəziyyəti kritikləşdirmək istəyirlər, elə buna görə də vəzifədə olan adamlarının vasitəsiylə belə bir situasiya yaradırlar. Onlar da həm ciblərini doldururlar, həm də bağlı olduqları şəbəkələrin sifarişlərini yerinə yetirirlər. Ona görə də təcili sərt addımlar atılmalıdır. Bu bu cür məmurların yarısı vəzifədən kənarlaşdırılmalı, yarısı da həbs olunmalıdır. Özü də bu adamların həbsi üçün kifayət qədər əsaslar da var.
- Milli Məclisin son toplantısında Maliyyə Nəzarət Partiyasının sədri vətəndaşların yox, bankların tərəfini tutdu. Bunu necə qiymətləndirirsiniz?
- Hər şey ortadadır. Həmin iclasda deputat Vahid Əhmədov bankların hansı oyunlardan çıxdığını, Maliyyə Nəzarət Palatasının isə buna qarşı heç bir iş görmədiyini faktlarla göstərdi. Bank rəhbərləri və onların bağlı olduğu yüksək vəzifəli məmurlar bilirlər ki, Prezident İlham Əliyev islahatlar aparacaq və bu islahatlar nəticəsində həmin məmurların əksəriyyəti vəzifədən kənarlaşdırılacaq. Ona görə çalışırlar ki, ölkədə qarışıqlıq yaransın və bildiklərini eləsinlər. Bunun üçünsə həmin məmurlar xalqı üsyana təhrik edirlər. Onların əsas məqsədi odur ki, Prezidentlə xalq arasında uçurumu dərinləşdirsinlər və belə bir rəy yaratsınlar ki, ölkə idarə olunmaz səviyyəyə gəlib çatıb. İnsanlar çıxılmaz vəziyyətdə qalıb. Çıxış yolunu ölkəni tərk eləməkdə, intihara əl atmaqda görürlər. Bir sözlə, ölkədə olduqca təhlükəli vəziyyət yaranıb. Əgər Prezident təcili tədbirlər görməsə, çox ağır fəsadlar yaranacaq.
- Yaxşı, həmin məmurlar bu qədər qanunsuz və xəyanətkar əməllər törədirsə, buna nəyə görə seyrçi qalınır?
- Prezident heç vaxt istəməz ki, ölkədə belə bir narazılıq olsun. Sadəcə, olaraq, məmur təbəqəsi bir-birlərinə bağlı olduqları üçün Prezidentə yalan məlumat verirlər. Millət vəkili Vahid Əhmədov o qədər fakt açıqladı, amma heç birinin yoxlanılması ilə bağlı hər hansı bir addım atılmadı. Yəni, məmurların hamısı ölkənin talayır, bir yerdə olduqlarına görə də bir-birlərinin ayaqlarını tapdalamırlar. Prezident bölgələrə səfərlər edir, fermerlərlə, sahibkarlarla görüşür, onlara dəstək verilməsini tapşırır, amma məmurlar bunun əksinə gedirlər.
- «Beynəlxalq Bank»la bağlı məhkəmədə Cahangir Hacıyev Samir Şərifova qarşı ciddi ittihamlar səsləndirdi…
- (Tələsik) Əgər Cahangir Hacıyev bu qədər ciddi ittiham irəli sürüdüsə, bu istiqamətdə araşdırma aparılmalıydı, amma heç nə olmadı. Bütün bunlar göstərir ki, Samir Şərifov və digərləri iqtisadi cinayətkarlıqla məşğuldurlar. Elə bir sistem formalaşıb ki, hamısı bir-birinin yanında gözükölgəlidir. Hesab edirəm ki, Respublika Prokurorluğu dərham bu məsələyə reaksiya verməlidir, araşdırma aparılmalı, cinayət əməli olanlar həbs edilməlidir.
- Bir neçə gün öncə Bakıya yağan yağışlardan sonra paytaxt tamamilə iflic oldu. İnfrastrukturuna miylonlar şəhərdə belə bir vəziyyətin yaranması nəyin nəticəsidir?
- Bütün bunlar onu göstərir ki, infrastruktur layihələrini həyata keçirən hər biri qurum yalnız mənimsəmə ilə məşğul olub. Milyonlarla vəsait xərclənib, amma ölkənin kanalizasiya sistemi yox imiş. Bakıdakı acınacaqlı vəziyyətin yaranmasında əsas təqsirkarlardan biri Hacıbala Abutalıbovdur. Bakıda yaranmış acınacaqlı vəziyyət çox ciddi bir məsələdir. Bakıda adi bir yağışın yağmasından sonra şəhərin iflic olması aidiyyatı qurumların vaxtilə ayrılmış vəsaitləri mənimsəməsini göstərir. Düşünürəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov həbs edilməlidir. Ona görə ki, Bakı şəhərinə birbaşa məsuliyyət daşıyan insan məhz odur. Kanalizasiyalar çəkildiyi zaman nəzarət etməli idi. İndiki şəraitdə maşınların yollarda suyun içində qalması, bəzi məhəllələri suyun basması insanlar arasında böyük narazılıq yaradır. Binəqədidə insanlar ağır vəziyyətdədir, etirazlarını küçəyə çıxıb bildirirlər. Bunun özü ölkədə kütləvi narazılığın təzahürüdür. Ölkədəki infrastrukturların çoxunun taleyi belədir. Dünyanın hər yerində yağış da, qar da yağır, amma heç vaxt Bakı kimi iflic olmurlar. Fikrimcə, bu məsələ ciddi şəkildə araşdırılmalıdır və hələ qış gəlməmiş bu şəraitin yaranmasına cavabdeh olan şəxslər cəzalandırılmalıdır. Nə qədər ki, bu cəzasızlıq davam edəcək, həmin məmurlar ölkədə narazılığı daha da artıracaqlar. Ona görə də islahatları sürətləndirib, bu cinayətkar məmur təbəqəsini ya vəzifədən kənarlaşdırmaq, ya da həbs etmək lazımdır.
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar