Rövzən beynəlxalq müsabiqədə finala çıxıb

img

08-05-2010 [04:10]


Xalq artisti Flora Kərimova ilə duet oxuması gənc müğənni Rövşən Civişov üçün düşərli olub. Müğənni Müstəqil İnformasiya Agentliyinə Bolqarıstanda keçirilən "Diskoveri" estrada ifaçılarının beynəlxalq müsabiqəsinin seçim turundan uğurla keçdiyini bildirib: "Təqdim etdiyim mahnılar münsiflər tərəfindən yüksək dəyərləndirildiyindən 15-16 may tarixində keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazandım. Müsabiqəyə qatılan 40 ölkə iştirakçısından yalnız 21-i finalda yarışacaq. Rəqiblərim heç də zəif iştirakçılar deyil, bir çoxları "Avroviziya" müsabiqəsinin finalistləri olub. Ötən illərdə bu müsabiqəyə bizim də tanınmış müğənnilərimiz qatılıb, amma nəinki finala düşə bilməyiblər, hətta aralarında "xoruz" buraxanlar da olub. Yeri gəlmişkən, bu il Ermənistan təmsilçisi finala çıxa bilməyib. Münsiflər heyətində dünya şöhrətli müğənni Sezen Aksunun da iştirakı gözlənilir. Qürur duyuram ki, ölkəmizi təmsil etmək şansı mənə də nəsib olub. Ölkəmizi xaricdə təmsil edən əksər müğənnilərimiz sırf qərb üslubunda oxumağa çalışırlar. Məncə, milli koloriti əsla unutmaq olmaz. İnşallah, finalda oxuyacağım mahnıda kiçicik muğama da yer ayıracağam. Mənəvi dəstəyini və məsləhətlərini məndən əsirgəməyən müəllimim Flora xanıma son dərəcədə minnətdaram. Təəssüflər olsun ki, maddi dəstəyim yoxdur. Bununla belə, hər şeyin yüksək səviyyədə olmasına çalışacağam".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA