ADP Şuzanın izğalının ildönümü ilə əlaqədar bəyanat verdi

img

08-05-2010 [02:43]


Azərbaycan Demokrat Partiyası Şuşanın Ermənistan tərəfindən işğal olunmasının ildönümü ilə əlaqədar bəyanat qəbul edib. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda deyilir ki, ADPAzərbaycanın tarixi şəhəri olan Şuşanın Ermənistan dövləti tərəfindən işğal olunmasından 18 il keçməsinə baxmayaraq, bu şəhərin və Qarabağın digər şəhər və rayonlarının hələ də işğaldan azad edilməməsini böyük təəssüf hissi ilə qeyd edir. ADP Dağlıq Qarabağ məsələsinin danışıqlar vasitəsilə tənzimlənməsinə dair ATƏT-in Minsk qrupu çərçivəsində aparılan uzunmüddətli danışıqların heç bir konkret nəticəyə gətirib çıxarmamasına və bu müddət ərzində beynəlxalq birliklərin, xüsusilə də ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin Ermənistanın işğalçılıq niyyətlərindən geri çəkilməsi istiqamətində bu dövlətə heç bir təzyiq göstərməməsinə görə narahat olduğunu bildirir. Partiya hesab edir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesində ilk növbədə Ermənistanın Azərbaycanın ərazilərinin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsi işğalçı tərəfin qarşısında şərt kimi qoyulmalı və Ermənistanın işğalın nəticələrindən bəhrələnməsinə imkan verilməməlidir. ADP hesab edir ki, Şuşanın tarixi, erməni işğalına qədərki və hazırkı vəziyyəti, xüsusilə də oradakı milli abidələrimizin vandalcasına dağıdılması ilə əlaqədar beynəlxalq səviyyədə aparılan təbliğat daha da genişləndirilməlidir. ADP Şuşanın müdafiəsi ilə əlaqədar həlak olmuş şəhidlərin xatirəsinin əziz tutulması və əbədiləşdirilməsini də vacib hesab edir və bildirir ki, Qarabağ döyüşlərində qəhrəmanlıq və şücaəti ilə fərqlənən vətəndaşlarımıza qayğı və diqqət göstərmək dövlət qurumlarının əsas vəzifəsi olmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA