Bakıda Ermənistan bayrağı və prezidentlərinin plakatları yandırıldı

img

08-05-2010 [02:36]


Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Şuşanın işğal tarixini ?İşğalçılara nifrət günü? kimi qeyd edib. QAT mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, işğal günü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub. Ziyarətin sonunda QAT üzvləri Şəhidlər Xiyabanında Əbədi Məşəlin yaxınlığında və Şəhidlər Xiyabanının çıxışında Ermənistanın bayraqlarını, həmçinin bayraqların üstünə yapışdırdıqları Levon Ter-Petrosyanın, Robert Köçəryanın, Serj Sərkisyanın Seyran Ohanyanın şəkillərini yandırdılar. ?İşğalçı Ermənisana ölüi!?, ?Müharibənin başlanmasını tələb edirik!? və digər şüarlar səsləndiriblər. Ağdam, Bərdə, Tərtər rayonlarından məskunlaşmış məcburi köçkünlər Ağdam-Tərtər ?dörd yol? deyilən əraziyə toplaşmış və analoji aksiya keçirməyə cəhd ediblər. Ancan polis müdaxilə edərək aksiyanın keçirilməsinə imkan verməyib, erməni bayrağı aə plakatları almış, sonra isə aksiya iştirakçılarından 12 nəfəri saxlayaraq polis bölməsinə aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA