"Müstəqilliyimiz əbədi və dönməz olsun!" - Partiya sədrindən təbrik

img

18-10-2016 [11:07]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Müstəqillik günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. 

Mia.az xəbər verir ki, təbrikdə deyilir: "Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 25 il ötür. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. 18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir.

Müstəqillik hər bir dövlət, hər bir vətəndaş üçün olduqca əhəmiyyətli və müqəddəsdir. Biz bu yolda çox qurbanlar vermişik. Nəhayət, Azərbaycan bu gün tam müstəqil dövlətdir. Bu bayram münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. 

Müstəqilliyimiz əbədi və dönməz olsun!".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA