"Borçalı"nın sədri bəyanat yaydı - Gürcüstandakı seçkilərlə bağlı...

img

15-10-2016 [00:22]


8 oktyabr 2016-cı ildə  Gürcüstan parlamentinə seçkilər günü Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş qarşıdurma və bəzi sakinlərin həbsi ilə bağlı "Borçalı" İctimai Birliyinin sədri Kərəm Məmmədov  Gürcüstanın dövlət  rəhbərliyinə və ictimaiyyətə müraciət edib.

Mia.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"Oktyabrin 8-də  keçirilən parlament seçkiləri  Gürcüstanda yaşayan bütün millətlərin həyatında  tarixi  səhifə açmışdır. Bu seçkilər qardaş ölkənin  yeni inkişaf mərhələsinə qədəm qoyacağına böyük ümidlər verir

Təəssüf ki, azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun ən böyük kəndlərindən olan  Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində seçkinin  nəticəsinə etirazlar zamanı  baş vermiş qarşıdurma və  bu hadisəyə görə 6 nəfərin həbsi narahatlığımıza səbəb olmuşdur.

Seçki kampaniyası dövründə  Gürcüstan dövlətinin rəsmiləri xalqı  fəal olmağa və verdikləri səsin məsuliyyətini daşımağa çağırırdılar. Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində səsvermə zamanı  baş verən qarşıdurma secki prosesində baş verən neqativ hallara qarşı etirazdır.

Hesab edirik ki,Gürcüstan  dövlətinin və bölgədə yaşayan soydaşlarmızın  maraqlarına ziddir.  Gürcüstanın  hüquq-mühafizə orqanlarını daha təmkinli davranmağa, yaranmış  qarşıdurmanın böyüyərək, seçkilərin üzərinə kölgə salmasına imkan verməməyə, seçiciləri öz hüquqları uğrunda qanun çərçivəsində mübarizə aparmağa çağırırıq.

Borçalı İctimai Birliyi Gürcüstanda demokratik prosesləri, insan hüquq və azadlıqlarının tam təmin olunması istiqamətində atılan bütün addımları  dəstəkləyir  və yaranan qarşıdurmanın hüquq müstəvisində, ədalətli həll olunacağına dərin ümid bəsləyir".

MİA.AZ



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA