Marneulidə seçki etirazçılarına sürülən ittiham - Faktlar təsdiqlənmir

img

14-10-2016 [20:15]


Bu gün Rustavi Şəhər Məhkəməsində Marneuli seçki dairəsinin 48 nömrəli Qızılhacılı seçki məntəqəsində baş verən qarşıdurma ilə bağlı məhkəmə iclası başa çatıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, saxlanılan 6 nəfərin qohumları və kənd sakinləri məhkəmə binası ətrafına toplaşıblar. Onlar saxlanılan şəxslərin cərimə ödənilib azad olunmasını tələb ediblər.

"Burçuladze-Xalq üçün” partiyasından parlament seçkilərində namizəd irəli sürülən İsrafil Bayramov məhkəmə prosesinin dekabrın 6-da keçiriləcəyini bildirib.

O, məhkəmədə gənclərin cinayət törətmələri barədə iddiaların təsdiqini tapmadığını qeyd edib: "Məhkəmədə faktlar təsdiqlənməyib. Ona görə də təkrar iclas dekabrın 6-da olacaq”.

İ. Bayramov azərbaycanlı gənclər barədə 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyini bildirib.

Qeyd edək ki, onlar oktyabrın 13-də yaşadıqları Qızılhacılı kəndində saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA