14-10-2016 [15:28]
Oktyabrın 10-da İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi bir sıra məqamları ilə yadda qaldı. Konrqesin açılışında Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin iştirak etməsi dünya mətbuatının diqqətindən yayınmadı.
Türkiyə-Rusiya münasibətlərində yaranmış soyuq münasibətdən sonra İstanbulda belə bir görüşün baş tutması bir sıra xarici qüvvələrin ürəyincə olmasa da, müzakirələrin region üçün ciddi iqtisadi və siyasi əhəmiyyəti etiraf olunmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, BMAM rəhbəri, politoloq Rufiz Qonaqov İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi və Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndirib.
Rufiz Qonaqoun sözlərinə görə, İstanbulda müzakirə olunan məsələlər regional iqtisadi əlaqələrin güclənməsi, ölkələrə invesitisiya axınının sürətləndirilməsi baxımından önəmlidir:
"Dünyanın enerji sektorunda xüsusi payı olan Rusiya və Azərbaycan bu gün dünyada iqtisadi baxımdan güclü dövlətlər kimi qəbul olunurlar. Türkiyənin yerləşdiyi coğrafi mövqe imkan verir ki, həm Rusiya, həm də Azərbaycan özlərinin neft və qaz ehtiyatlarını bu ölkənin vasitəsilə Avropaya nəql etsinlər. Rusiyaya məxsus qırıcı vurulandan sonra iki ölkə arasında iqtisadi və siyasi münasibətlər olduca gərginləşmişdi.
Rusiya Türkiyəyə məxsus məhsulların idxalına qadağa qoymuşdu, "Türk axını” layihəsi dayandırılmışdı. İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi tərəflərə imkan verdi ki, siyasətlərinə yenidən baxsınlar, gərginləşmiş münasibətlər yoluna qoyulsun. Toplantının ilkin nəticəsi olaraq Rusiya Türkiyəyə satdığı mavi yanacağın qiymətinin aşağı salınması ilə bağlı razılığa gəldi.
Bəzən qeyd edirlər ki, bu iki ölkənin enerji üzrə əməkdaşlığı Azərbaycanın maraqlarına cavab vermir. Bu, yanaşma doğru deyil. Çünki Rusiya "Türk axını” vasitəsilə 30 milyard kub metr, Azərbaycan isə Türkiyə vasitəsilə 6 milyard kub metr qaz ixrac edəcək. Bu mənada Rusiyanı enerji bazarında Azərbaycana rəqib hesab etmək olmaz. Əksinə qaz kəmərlərinin çox olması bizim gələcəyimiz üçün qarantdır. Çünki bu əməkdaşlıq üçün daha geniş imkanlar açır. Vladimir Putin İstanbuldakı çıxışında bildirdi ki, dünyanın neft və qaz kimi enerji resurslarına hələ çox ehtiyacı olacaqə.
Bu dünyaya ciddi mesaj idi. Yaxın on ildə neft və qazı əvəz edəcək alternativ enerji bazarda oturuşmayacaq. Bu mənada heç bir enerji resursu olmayan ölkələr dünyanın enerji bazarında ciddi rol oynayan ölkələrə münasibətdə qısqanc mövqe sərgiləməməlidirlər. Rusiya prezidenti çıxışında neft istehsal edən ölkələrə ciddi mesajlar verdi. Qeyd etdi ki, yaranmış hazırkı neft hasilatının dondurulması və hətta azaldılması bütün dünya energetikasının dayanıqlığını qoruyub saxlamaq üçün yeganə düzgün qərardır. İstanbul konfransı ərəfəsində neftin qiymətindəki yüksəlişi də təsadüfi saymaq olmaz”.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini və İstanbul konfransındakı çıxışını yüksək qiymətləndirən BMAM sədri vurğuladı ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiq olaraq bütün məsələlərdə səx əməkdaşlıq edirlər:
"Türkiyədə keçirilən beynəlxalq konfranslara Azərbaycan prezidenti cənab İlham Əliyevin dəvət alması artıq ənənə halını alıb. Ölkələrimizin müştərək həyata keçirdiyi layihələr hər iki ölkənin iqtisadiyyatını bir-birinə bağlamaq məqsədi daşıyır. Bizim maraqlarımız bir çox məsələlərdə üst-üstə düşür.
Hesab edirəm ki, Türkiyədə keçirilən beynəlxalq konfranslar həm də Azərbaycan üçün uğur deməkdir. Azərbaycan Prezidenti İstanbulda həm toplantıda çıxış edərkən, həm də keçirdiyi görüşləri zamanı ölkəmizin maraqlarını dünya ictimaiyyətinə çatdırdı və dünyaya mühüm mesajlar verdi.
Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində gərgin münasibətdə olan Türkiyə ilə Rusiya yenidən bir araya gəlib, gələcək əməkdaşlıq perspektivlərini müzakirəyə çıxardı.
Hesab edirəm ki, Rusiya-Türkiyə yaxınlaşmasının əsas səbəbkarlarından biri Azərbaycan və onun dövlət başçısıdır. Rusiya və Türkiyə münasibətlərində soyuqluğun aradan qaldırılması Azərbaycanın maraqlarına cavab verir. Hər iki ölkə ilə qonşuyuq. Azərbaycan, Türkiyə və Rusiya gələcəkdə güclü əməkdaşlıq nümunəsi ortaya qoya bilər. Türkiyə strateji müttəfiqimizdir, Rusiya isə strateji əməkdaşımız.
Üç ölkənin bir-birinə yaxınlaşması nəinki ölkələrin iqtisadi güclərinə müsbət təsir göstərəcək, həmçinin regionda sülh və əminamanlıq yaradacaq, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək”.
Rufiz Qonaqova görə, Prezident İlham Əliyevin İstanbulda çıxışı zamanı başda Rəcəb Tayyib Ərdoğanın komandası olmaqla, Türkiyə dövlətinə dəstək verməsi eyni zamanda terrorçu qruplara, xarici ünsürlərə, bu ölkədə siyasi gərginlik yaratmaq istəyənlərə verilən tutarlı cavab idi...
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı