Deputatdan Baş Prokurorluğa korrupsiya ittihamı: "Şantaja görə..."

img

14-10-2016 [12:40]


"Korrupsiyaya qarşı Mübarizə İdarəsi birbaşa ölkə prezidentinə tabe olsun. Çünki Baş Prokurorluğun özündə də zaman-zaman korrupsiya olub. Heç kim deyə bilməz ki, nə zamansa Baş Prokurorluqda korrupsiya faktı olmayacaq”.

Modern.az-ın xəbərinə görə, bu sözləri bu gün Milli Məclisin iclasında deputat Fərəc Quliyev "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişiklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycanda korrupsiya və şantaja görə həbs olunan prokurorlar olub: "Bilirik ki, hətta Azərbaycanda şantaja görə həbs olunan və cinayət məsuliyyətinə cəlb olunan prokurolar olub. Bu baxımdan Korrupsiyaya qarşı Mübarizə İdarəsi birbaşa prezidentə tabe olsa daha effektli olar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA