“Heydər Əliyevin adını maşının kapotuna yazıblar” - Deputatdan etiraz

img

14-10-2016 [12:35]


Millət vəkili Elmira Axundova parlamentin bugünkü plenar iclasında mərhum dövlət başçısı Heydər Əliyevin səsinin və adının aidiyyatı olmayan yerlərdə işlədilməsinə əleyhinə olduğunu bildirib.

O, bu məsələdə xüsusilə dövlət yol polisinin üzərinə məsuliyyət düşdüyünü vurğulayıb: "Heydər Əliyev sözünü maşınların kapotlarından yığışdırmaq lazımdır. Eyni zamanda onun səsini telefonlardan yığışdırılması gərəkdir. Mən onun səsini zəng əvəzinə telefonuma yükləməyəcəm, adını maşınımın kapotuna da yapışdırmayacam. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır. Bu yaxınlarda bir diplomat mənə zəng elədi ki, sizin yol polisi əməkdaşları hara baxır?! Heydər Əliyevin adı maşın kapotuna yazılıb”.
qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA