Çavuşoğlunun 5 rayonun qaytarılması xəbərinə sərt reaksya: "Gerçək olmayan ümid vermək lazım deyil"

img

13-10-2016 [15:17]


"Rusiya Mövlüd Çavuşoğlunun dediyi kimi, Azərbaycanın işğal altındakı 5 rayonunun boşaldılmasını dəstəkləyirsə, onda niyə bu məsələnin həllini yubanır və Kreml rəsmi İrəvana təzyiq etmir?".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, vəziyyət heç də Türkiyə xarici işlər nazirinin dediyi kimi deyil:

"Ola bilər ki, rusiyalı diplomatlar 5 rayonun azad olunması məsələsiylə bağlı Mövlüd Çavuşoğlu ilə hansısa fikir mübadiləsi aparıblar, ancaq problem ondadır ki, bu, baş vermir.

Əksinə, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında dedi ki, böyük dövlətlər Dağlıq qarabağın "müstəqilliyinin” tanınması məqsədilə rəsmi Bakıya təzyiq edirlər. Demək ki, Rusiya 5 rayonun qeyd-şərtsiz azad olunmasına razı deyil, bunun əvəzində Dağlıq Qarabağda referendumun keçirilməsini istəyir. Bu isə Azərbaycanın maraqlarına ziddir".

Politoloqun sözlərinə görə, Mövlud Çavuşoğlu son açıqalamasıyla hamını çaş-baş salıb: "Azərbaycan cəmiyyətinə gerçək olmayan ümid vermək lazım deyil". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA