Deputata yeni vəzifə verildi - AŞPA-da

img

13-10-2016 [14:12]


Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib.

Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva komitənin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri vəzifəsinə seçilib.

Azərbaycanlı millət vəkili bu vaxta qədər alt komitənin vitse-prezidenti vəzifəsini icra edib və eyni zamanda, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq hüquqları üzrə baş məruzəçisidir.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA