12-10-2016 [14:16]
Mia.az General-leytenant Yaşar Aydəmirovun teleqraf.coma müsahibəsini təqdim edir.
- Son vaxtlar belə fikirlər irəli sürülürdü ki, aprel döyüşlərində döyüşçülərimiz hərb meydanında əlindən gələni etdi, indi meydan diplomatiyanındır. Ancaq 6 ay boyunca aparılan danışıqlar göstərdi ki, Ermənistan sülhdən yayınır, konkret iradə ortaya qoymur. Bu səbəbdən cəbhə xəttində yenidən gərginlik olacağı istisna olunmur. Sizin mövqeyiniz necədir?
- Azərbaycan Ordusunun xırda bölmələrinin aprel ayındakı böyük qələbəsi erməniləri möhkəm sarsıtdı. Nəticədə həmin döyüşlərdən 2-3 gün keçəndən sonra Ermənistanın yüksək vəzifəli zabitləri, polkovnik və generalları ordudan azad olundu. Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifədən kənarlaşdırıldı, deməli təminatda problemlər yaranmışdı. Rabitə xidmətlərinin rəisi ordudan qovuldu, çünki rabitə sistemi Azərbaycan Ordusu tərəfindən susdurulmuşdu. Baş Qərargahın kəşfiyyat idarəsinin rəisini işdən çıxardılar. Ermənilərin kəşfiyyat-diversiya qrupları nə ön xətdə təxribat edə bildilər, nə də dərinliyə girdilər. Bu yaxınlarda dərin analizlərdən sonra ordunun bütün rəhbər heyəti - müdafiə naziri və baş qərargah rəisini çıxarıb, əvəzinə mülki şəxsləri gətirdilər. Sözsüz ki, onları idarə edən Qarabağ klanıdır. Qarabağ klanının bir hissəsi heç ermənilər deyil, bəziləri İrandan köçürülənlər, digər hissəsi müsəlmanlığı qəbul etməyən qədim albanlardır. Aprel döyüşlərindəki zərbə onlara çox böyük təsir elədi. Ermənistan rəhbərliyinin özünə qalsa, sözsüz, onlar Qarabağdan çıxacaqdılar. Ancaq onları idarə edən qüvvələr, iri dövlətlər var. Aprel döyüşlərinin davam etməməsinin səbəbini Ali Baş Komandan çıxışında açıq şəkildə bildirdi. Dövlət başçısı qeyd elədi ki, iri dövlətlər Azərbaycanı müharibə etməyə qoymur. Niyə NATO dövlətləri Xorvatiyaya icazə verdi ki, öz taleyini 1 ay ərzində həll etsin? Hamı bilir ki, Azərbaycan öz müqəddəratını həll etmək iqtidarındadır, ermənilərin müqəddəratına "x” işarəsi qoyacağıq. Ona görə də heç kəsə sərf eləmir ki, müharibəyə başlayaq.
- Azərbaycan prezidenti Nazirlər Kabinetinin son toplantısında da dedi ki, ümumi çıxışlarda bir tezis irəli sürülsə də, bağlı qapılar arxasında başqa danışıqlar gedir, təzyiqlər göstərilir...
- Bəli, bunu heç vaxt dilə gətirməmişdi. Hamı soruşurdu ki, niyə ordumuz dayandı, irəli gedə bilərdi axı. Sözsüz ki, Azərbaycan Ordusuna komanda verilsə, əyləci çox zəifdir. Sual edirlər ki, ordu dövlət sərhəddindən nə qədər vaxta çıxa bilər? Əminəm ki, bir neçə iri yaşayış məntəqəsi, rayon işğaldan azad olunandan sonra ordumuz kolon şəkildə düzlənəcək və 5-6 istiqamətdə dövlət sərhəddindən çıxacaq. Bunu pafos üçün demirəm. Böyük dövlətlər Azərbaycan Ordusunu çox yaxşı analiz edir, bilirlər ki, Ermənistanı fəlakət gözləyir. Azərbaycan Ordusu professional ordudur, dünyanın çox dövlətlərində olmayan iri və kiçik miqyaslı təlimlər keçirir. Buna çox dövlət qadir deyil. Ermənistan bir neçə iri təlimlər keçirib, amma kütləvi şəkildə raketlərdən, artilleriya sistemindən istifadə etməyib. Çünki bu, maliyyə tələb edir, bir mərminin qiyməti yüzlərlə dollarla ölçülür. Ancaq Azərbaycan ordusu müntəzəm olaraq təlimlər keçirir. Azərbaycan ordusunun döyüş təminatını həyata keçirən tank, top, raket komandirləri, top sürücü mexaniki, raketin əsas heyət üzvləri hamısı MAXE-lərdir. Onlar döyüş texnikasının texniki taktiki göstəricilərini, onlarla davranma qaydalarını yaxşı bilirlər.
- Cəbhədə yenə apreldəki kimi analoji döyüşlər gözlənilir?
- Ermənilər cəbhədə sistematik halda gərginlik yaradacaqlar. Qoy yaratsınlar, nə qədər çox gərginlik yaranacaqsa, onlar bizə bəhanə verəcəklər.
- Yeri gəlmişkən Ermənistanın ordu rəhbərliyinə döyüş təcrübəsi olmayan şəxslər gətirildi, Silahlı Qüvvələrə Serj Sarkisyan özü şəxsən nəzarət edəcək. Onların taktikalarının məqsədi nədir?
- Müdafiə Nazirliyinə mülki şəxs qoyublar, sadəcə təminat məsələsinə baxacaq. Ermənistan Ordusunda o qədər oğurluq halları var ki, ən yaxın adamını gətirib müdafiə naziri qoydu. Baş qərargah rəisini çıxardı ki, sən köhnənin generalısan, Azərbaycanın 2-3 taboru həmləyə keçən kimi 2 gün ərzində bizi darmadığın etdi, bəs sən nə yaratmışdın, hanı sənin müdafiə sistemlərin, bölüklərin döyüş qabiliyyəti? Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə həmləyə keçdi və nəticədə ermənilərdə müdafiə sistemi çat verdi. Panika təkcə mülki şəxslər arasında yaranmamışdı, hərbçilər də panikaya düşmüşdü.
- Azərbaycan Ermənistanın son günlər geniş müzakirələrə səbəb olan "İsgəndər” raketlərini zərərsizləşdirmək gücünə malikdir?
- Hava hücumundan müdafiə sistemi elə bağlı mövzudur ki, onu heç nə ilə açıqlaya bilmərəm. Düşmənin yaxın, orta və uzaq məsafələrdə hava hədəfini məhv edən qurğularımız var. Onları dünyanın elit hərbi sənaye kompleksləri ilə əməkdaşlıq nəticəsində əldə etmişik. Çox dövlətlərdə Müdafiə Sənayesi Nazirliyi yoxdur, bizdə isə illərdir fəaliyyət göstərir. Sadəcə, onlar sensasiya yaradırlar. Ermənilərin "Komandos” ləqəbli generalı çıxış etmişdi ki, bizdə elə gizli silah var ki, onunla Azərbaycanı sarsıdacağıq. O hansı silahdır? Açıqlaya bilmədilər. Dedilər, bizdə güclü uçuş aparatları var. Azərbaycan sizin uçuş aparatlarınızı endirdi. Elə uçuş aparatlarından Azərbaycanda orta məktəb şagirdlərindən hərəsi 50-sini düzəldər. "Sədərək" bazarından alıb mühərrik əlavə edib yaratmağa nə var ki? Pilotsuz uçuş aparatını dünyada 3-4 dövlət istehsal edə bilir. Ən yüksək texnologiyaya malik ölkələrdən biri ilə biz əməkdaşlıq edirik. Ali Baş Komandan sürpriz elədi ki, baxın uçan, ağıllı idarə olunan mərmi belə olar. Bizim jurnalistlər ermənilərin şousuna inanmasınlar. 50 dəfə "İsgəndər” raketindən sual verirlər. Raket topun mərmisindən bir az güclüdür, o, atom silahının başlığına malik deyil, nə ajiotaj yaradırsınız? Məndən açıq soruşurlar ki, filan sistemimiz varmı? Cavab verirəm ki, hərbi sirr deyilən şey var, bunu Ali Baş Komandan, müdafiə naziri və baş qərargah rəisinin açıqlamağa səlahiyyəti var. Paradda hər şeyi göstərmirlər axı.
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub